Sığortalanan əmanətlər üzrə faiz dərəcələrinə dəyiziklik gözlənilir

img

15-04-2010 [03:11]


Son bir neçə ayda kommersiya banklarının əmanətlər üzrə təklif etdikləri faiz dərəcələrində azalma müşahidə edilməkdədir. Məsələn, bir neçə ay əvvələ 21, hətta 24 faizlə əmanət yerləşdirməyi təklif edən bir sıra banklar hazırda bu rəqəmi 12 faizə endiriblər. Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu 30 min manatadək olan və 15 faizdən az dividend verən əmanətləri sığörtalayır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bəzi bankların , əmanətlər üzrə faizləri aşaği saldığını, hətta 11-12 faizlə divident təklif etdiklərini deyir. Onun sözlərinə görə dividentlərin aşaği salınması sığortalanan faizə də təsir ğöstərəcək:?Buna baxmayaraq bir sira kommersiya bankları da var ki, ucuz kampaniya apararaq əhaliyə hətta 15 faizdən artıq faizlər təklif edirlər. Əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlər üzrə faiz dərcəsinin 15 faizdən 12 faizə qədər endirilməsi ilə bağlı qərar qəbul edərsə, bu halda yüksək faiz təklif edən kommersiya banklarına yerləşdirilən əmanətlər sığortalanmayacaq.Praktiki olaraq bu o deməkdir ki, yüksək faiz təklif edən kommersiya banklarında olan əmanətlərin qaytarılma riski artacaq. O baxımdan siğortalanan əmanətlər üzrə dividentlərin dərəcəsinin aşağı endirilməsi ilə bağlı qərar qəbul edilən zaman ölkədə orta faiz dərəcələrinin nəzərə alınması vacibdir. Eyni zamanda Mərkəzi Bankın kommersiya banklarına əmanətlər üzrə təklif etdikləri faiz dərəcələrini Əmanətlərin Sığortalanması Fondunun faiz dərəcəsinə uyğunlaşdırmalarını tövsiyyə etməsi vacibdir. Çünki, fondun müəyyənləşdirdiyi faiz dərəcəsindən yüksək faizlər təklif edən kommersiya bankları müflis olduğu halda oradakı əmanətləri qaytarmaq mümkün olmayacaq.Çünkı həmin əmanətlər sığortalanmayıb?. Ekspert monitorinqlərin yaxın vaxtlarda Əmanətlərin Sığortalanması Fondunun sığortalanan əmanətlər üzrə faiz dərəcələrinə dəyişiklik edəcəyini göstərdiyini vurğulayır: ?Bu halda daha çox əmanət cəlb etmək üçün kampaniya aparan kommersiya bankları öz faiz dərəcələrini fondun faiz dərəcələrinə uyğunlaşdırmasalar o halda əhalinin baklardakı əmanətlərinin bir hissəsinin geri qaytarılma və ya batma riski artacaq. Mərkəzi Bankın prosesə daha yaxından müdaxilə etməsinə ehtiyac yaranacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA