04-07-2016 [14:39]
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli gündəmin aktual iqtisadi mövzusu ilə bağlı müsahibə verib.
Müsahibənin aktuallığını nəzərə alaraq, onu oxuculara təqdim edirik:
- Əli müəllim, iyulun 3-də Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı ANS-in "Hesabat” verilişində sizin xarici valyutada olan kreditlərlə əlaqədar müraciətinizlə bağlı Mirşahinin ona verdiyi suala cavab verməkdən boyun qaçırdı. Dedi ki, millət vəkillərinin təkliflərin əksəriyyəti bizim gündəliyimizdə olan təşəbbüslərlə üst-üstə düşür, qalanlarında isə fikir ayrılığı var. Bu, o deməkdirmi ki, hər şey köhnə hamam, köhnə tas olacaq?
- Məncə yox. Əgər elə deyirsə, deməli, bir az işıq ucu var. Fikrimi əsaslandırım. Xatırlayırsınızsa, biz bu il aprelin 29-da deputat həmkarım Vahid Əhmədovla birlikdə bir sıra mütəxəssislərin də fikirlərini əlavə etməklə hazırladığımız təkliflər paketini 3 ünvana - Milli Məclisin sədrinə, Prezidentin İqtisadi İslahatlar üzrə köməkçisinə və Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlıya göndərmişdik. Bu barədə məbuatda yetərincə məlumat getmişdi və hələ də gedir. Söhbət etdiyim çoxsaylı insanlar bizim təkliflərimizə aidiyyatı strukturların cavablarını gözləyir. Lakin o vaxt mətbuatda belə bir fikir getdi ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı mayın 10-da verdiyi müsahibədə bildirib ki, Milli Məclisdə bu məsələyə baxılmasından xəbərsizdir: "Ancaq palataya bu barədə müraciət daxil olsa, bu məsələyə baxıla bilər".
Halbuki bizim göndərdiyimiz təkliflər bir həftə idi ki, məhz Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında idi... Həmin məktub (02/114 SD-29 Ə.M.) 29 apreldə 3 ünvana göndərilmişdi və mayın 3-də saat 10-30-da Palatada qəbul olunmuşdu. Amma Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri bu dəfə, yəni bizim məktub yetişəndə düz 2 ay sonra isə dedi ki, artıq bu məktubdan xəbəri var, deməli proqress var)... millət vəkillərinin təkliflərin əksəriyyəti bizim gündəliyimizdə olan təşəbbüslərlə üst-üstə düşür. Deməli, əgər Rufət müəllim elə deyirsə, bir qədər işıq ucu var...
- Belə olan halda Sizə elə gəlmirmi ki, sizin vətəndaşların dollarla olan kreditlərinə güzəştlər edilməsi barədə təkliflərinizin taleyini də sovet dövründən qalma əmanətlərin qaytarılması və təhsil kreditləri barədə olan çox ədalətli variantda irəli sürdüyünüz təkliflərinizin taleyi gözləyir? Yəni təklifləriniz keçəcək, amma öz adlarından "qolu-qıçı sındırılmış halda” veriləcək və bunun da əhaliyə elə bir xeyri olmayacaq...
- Açığını deyim ki, Vahid müəllimlə biz təklif verəndə heç vaxt müəlliflik barədə zərrəcən belə düşünmürük də.... Bizi müəlliflik yox, dollarla kredit alan vətəndaşlarımızın düşdüyü ağır vəziyyətdən çıxarılması marqlandırır. Banklar tərəfindən əhaliyə xarici valyutada verilmiş kreditlərlə bağlı yaranmış vəziyyətin gərginliyinin artan xəttlə davam etməsi şəraitində bu problemin həllinin gecikdirilməsi həm dövlət, həm əhali,həm də banklar üçün çox ziyan gətirir. Yaranmış qeyri-müəyyənliklərlə bağlı əhali ilə yanaşı, bankların da xeyli hissəsi ağır duruma düşüb. Problemin həlli bundan sonra da uzansa, həmin uzanan zamana proporsional surətdə həm narazılıq artacaq, həm əhalinin, həm də bankların vəziyyəti daha da pisləşəcək. Bu isə bütövlükdə iqtisadiyyatımız üçün əlavə ciddi problemlər yaradacaq. Dollarla kredit borcları olanlara güzəştlərin edilməsi məsələsi nə qədər tez həll olunsa, bu həm dövlət, həm banklar, həm də əhali üçün faydalı olar, narazılıq azalar, bankların işi yaxşılaşar və əhalinin banklara inamı artar və bu da iqtisadiyyata güclü təkan verər. Dollarla krediti olanların probleminin optimal həlli bir sıra digər problemlərin də həllini yumşaldar. Ona görə də məsələnin həlli sürətləndirilməsi həm dövlət, həm banklar, həm də əhali üçün sərfəlidir. Bunu nəzərə laraq biz sovet dövründən qalma əmanətlərin qaytarılması və təhsil kreditləri ilə bağlı Milli Məclisdə və mətbuatda müəlliflikdən imtina barədə dediklərimizı vətəndaşların dollarla olan kreditlərinə güzəştlər edilməsi barədə təkliflərinizə də aid edirik. Bizi müəlliflik yox, problemin tezliklə həlli maraqlandırır.
- Rufət müəllim həm də dedi ki, sizin təkliflərin bəzi məqamları üzrə fikir ayrılığı var. Bu hansı məqamlardı?
- Biz Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərdiyimiz yazılı təkliflərə hələ yazılı cavab almamışıq. Amma bilirik ki, Həmin Palatanın Direktorlar Şurasının sədri bizim təkliflərimizlə bağlı münasibətini yazılı sürətdə Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinə göndərib. Deyəsən Mərkəzi Bank da bizim təkliflərlə bağlı fikirlərini Prezidentin İqtisadi islahatlar üzrə köməkçisinə göndərib. Ola bilər bütün strukturlara göndərilən təkliflərimizə cavablar Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinə göndəriləcək və həmin səviyyədə toplanan cavablar ərasında bizimlə görüşdə təkliflərimizin fikir ayrılığı olan bəzi məqamları ilə bizi də məlumatlandıracaqlar.
Hazırda xarici valyutada olan kreditlərlə bağlı problemin bütün ağırlığı əhalinin və börca düşən biznes strukturlarının üzərindədədir. Bunu problemin həll yolu hesab etmək olmaz. Belə hal "əhali-bank-biznes strukturları” zəncirininin bütün həlqələrində iflic vəziyyəti yaradır. Bəzi strukturlar hesab edir ki, bu məsələ banklarla əhali arasında yaranan problemdi. Banklar üzun müddət yüksək faiz tətbiq edib, əlavə olaraq bundan yaxşı pul qazanıb, ona görə də əhalinin dollar kreditləri ilə bağlı problemini öz hesablarına qarşılamalıdırlar. Banklar da gözləyir ki, dollarla kredit sahəsində yaranmış problemin maliyyə tərəfini dövlət örtəcək.
Bizsə hesab edirik ki, bu yanaşmaların hər ikisində həqiqət payı var, amma eyni zamanda həm də hər ikisi yarımçıq xarakter daşıyır. Fikrimizcə, bu beynəlxalq praktikaya uyğun yanaşma deyil.
Məsələyə bu cür yanaşma problemin həllinin uzanmasına gətirib çıxaracaq. Ona görə də biz hesab edirik ki, bu məsələ sistem xarakterli olduğundan, ona bir tərəfli yox, sistemli yanaşmaq lazımdır: 1000(min) dollara qədər ümidsiz problemli kreditlərin bağlanmasının maliyyə təminatı bankların mənfəəti hesabaına olmalı, kredit borcu 5000(beş min) dollara qədər olan vətəndaşlara ciddi güzəştlərin edilməsi və həmin səviyyədə olan borclarının 21 fevral devalvasiyası zamanı formalaşan məzənnə ilə, yəni 1,05 manat nisbətində ödənilməsi üçün zəruri olan 250 milyon dolların maliyyə yükünün bir hissəsini əhali, bir hissəsini banklar, digər hissəsinin yükünü isə dövlət çəkməlidir.
Çünki dövlət dəstyi olmadan bu problemin etibarlı həlli mümkünsüzdü. İri məbləğli borclara münasibərdə manatın dollara olan 21 fevral və 21 dekabr məzənnələri arasındakı məqbul göstəricini (məsələn,1,20-1,30 manat intervalında) əsas kimi götürüb, "dondurmaqla" borcların qaytarılmasına möhlət verilməsi, borcun faiz dərəcələrinin aşağı salınması, cərimə faizi hesablanmasının dayandırılması, manata çevrilməsi və sair bu kimi üsullardan istifadə edilməsi məqsədəuyğun olar. Bunun müqabilində ölkəmizdə həyata keçirilən "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun surətdə beynəlxalq praktikada olduğu kimi, "Təxirəsalınmaz Tədbirlər Paketi” çərçivəsində bank sektorunun sağlamlaşdırlması prosesində həm də vergi güzəştləri, birbaşa maliyyə yardımı və sair də daxil olmaqla dövlətin banklara dəstək proqramının da həyata keçirməsi yaxşı olar. Yalnız bu cür kompleks yanaşma və maraqların konfliktindən maraqların uzlaşdırılmasına aparan yolla bu məsələni yumşaltmaq olar.
Moderator.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi