"Azərlotereya" 29,2 milyon manat gəlir əldə edib

img

14-04-2010 [06:48]


?Azərlotereya? Açıq Səhmdar Cəmiyyətinin (ASC) ötən ilin maliyyə-təsərrüfat fəaliyyəti üzrə hesabatına dair ?M & J Accuracy Consulting? Məhdud Məsuliyyətli Cəmiyyəti auditor rəyini açıqlayıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, audit nəticəsində ASC-də mühasibat uçotunun qanunvericiliyə uyğun aparıldığı, mühasibat uçotunun və illik balansın qanuni göstərişlərə, eləcə də nizamnaməyə uyğun olduğu müəyyən edilib. Audit rəyinə əsasən, ?Azərlotereya? ASC-də 2009-cu il üzrə əldə edilmiş gəlirlərin məbləği 29,2 milyon manat, ümumi xərclərin həcmi isə 27,3 milyon manat olub. Ötən il ?Azərlotereya? ASC tərəfindən dövlət büdcəsinə 1 milyon manat dividend, vergilər üzrə isə 5489,2 min manat vəsait ödənilib. ASC-nin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə müasir tipli lotereya terminalları və lototronlar alınıb, kompüter şəbəkəsi müasir proqramlarla təmin olunub. 2009-cu ildə ?Ailə sevinci?, ?5+1? Yeni Binqo?, ?Bahar sevincləri? tirajlı layihələr davam etdirilib, ?May sevincləri?, ?Avto şou?, ?5?36? tirajlı lotereyalar üzrə yeni layihələr həyata keçirilib, ?5?36? tirajlı lotereya biletlərinin yayımı Azərbaycan Respublikası ərazisində xüsusi satış məntəqələrində quraşdırılmış lotereya terminalları vasitəsilə aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA