“Parabank” ASC ilə bağlı sərt qərar verildi - Palata rəsmən açıqladı

img

02-07-2016 [20:00]


Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının növbəti iclası keçirilib.

İclasda Palatanın cari fəaliyyəti ilə əlaqədar bir sıra məsələlər, o cümlədən bank sektorunda həyata keçirilən nəzarət tədbirləri müzakirə edilib.

MBNP tərəfindən həyata keçirilmiş monitorinqlər nəticəsində "Parabank” ASC-nin Sumqayıt filialının nəzdində filialdan kənar ərazidə müvafiq icazəsi olmadan fəaliyyət göstərən struktur bölmə aşkar olunub və aparılmış yoxlamalar qeyri-qanuni bank xidmətlərinin göstərilməsi faktını təsbit edib.

"Banklar haqqında” Azərbaycan Qanununa müvafiq olaraq, Direktorlar Şurası "Parabank” ASC-nin Sumqayıt filialına bank fəaliyyətini həyata keçirməyə verilmiş icazənin ləğv edilməsi, 1 il müddətində "Parabank” ASC tərəfindən filial və şöbələrin açılmasının dayandırılması və Sumqayıt filialının inzibatçılarının tutduğu vəzifələrindən kənarlaşdırılması barədə qərar qəbul edib.

İclasın davamında gündəlikdə duran bir sıra cari məsələlər müzakirə olundu və müvafiq qərarlar qəbul edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə vasitəçilərinə daxili nəzarət sistemlərinin gücləndirilməsi və təkmilləşdirilməsini tövsiyə edir.

Maliyyə bazarlarında monitorinqlər davam etdirilir və qanun pozuntusu hallar aşkar edilərsə müvafiq tədbirlər görüləcək.

Report



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA