01-07-2016 [15:49]
"Artıq bir aydır ki manat dollara nisbətən davamlı dəyər itirməkdədir. Hələlik, Mərkəzi Bank prosesə tam müdaxilə etmir və hərraclarda dolların möhkəmlənməsi prosesinin qarşısını almaq istiqamətdə addımlar atmır".
Mia.az xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, dolların manata nisbətən son bir ayda möhkəmlənməsi fonunda yalnız biznesin deyil, eyni zamanda əhalinin də xarici valyutalara tələbi artmaqdadır. Bu baxımdan, son hərraclarda banklar hətta yarım milyard dollarlıq sifarişlə çıxış edirlər.
İqtisadçı bu məqamda nələrin edilməsinə ehtiyac olduğunu isə belə açıqllayıb:
1. Hərraclarda dollar sifarişlərinin strukturu göstərir ki, bankların yüksək məbləğdə xarici valyuta istəməsi həmçinin satışa çıxarılan valyutanın həcminin az olması ilə bağlıdır. Hərraca çıxarılan 50 milyon dollar sifarişlərin məbləğlərinə uyğun olaraq müəyyən faiz intervalı daxilində paylaşdırılır. Məsələn, 6 milyon dollar tələbi olan bank hərraca 30 milyon dollar sifarişlə gedir. Həmin bank əmindir ki, 30 milyon dolları ala bilməyəcək, amma sifarişinin 10 faizinə ümid etdiyindən yüksək məbləğlə aksiona qoşulur. Yəni, bankların əksəriyyəti "çox istəyim ki heç olmasa azı ala bilim” prinsipi ilə hərraca gəlirlər. Bu isə o deməkdir ki, indiki məqamda Mərkəzi Bankı bazara intervensiya etməklə bazarın dollar olan tələbini azalda bilər. Hərraclarda sifariş ilə tələb arasında mövcud fərq manat təklifini artırır. Hərraclar olmayan günlər məzənnəni dəyişməməklə kursu uzun müddət tənzimlənmək mümkün deyil. Növbəti hərraclarda Mərkəzi Bankin hərraca satıcı qismində çıxıb birinci mərhələdə 300 milyon dollar təklif etməklə tələbi normallaşdırmağa çalışmalıdır. Əks halda, Mərkəzi Bankın "valyuta ehtiyatları yoxsa məzənnə" arasında seçimdə tərəddüdü dolların möhkəmlənməsinin davam etməsinə səbəb olacaq. Bankların mövcud manat likvidliyini nəzərə aldıqda onlardan yalnız birinin məzənnəyə ciddi təsir imkanları var. Mərkəzi Bankın satıcı kimi hərraca qayıtması manata təzyiqin yumşalmasına səbəb ola bilər;
2. Mərkəzi Bankın intervensiyasından sonra məzənnə marjının dəyişdirilməsi ilə bağlı qərar qəbul edilməlidir. Valyuta bazarında mövcud məzənnə siyasətinin liberal üzən valyuta rejimi olmadığını müəyyənləşdirmək çətin deyil. Rəsmi məzənnə ilə bazar kursu arasındakı 4 faizlik marjın iqtisadi baxımdan modelləşdirildiyini söyləmək də mümkün deyil. Bu marj bəzi kommersiya banklarına məzənnəyə spekulyativ təsir imkanları verir. Bu baxımdan, Mərkəzi Bankı tələbi normalaşdıra bildiyi halda marjın 2 dəfə azaldılması barədə qərar qəbul edə bilər. Bununla yanaşı, gələcəkdə məzənnə siyasətinin liberallaşdırılması ilə mərhələli islahatlar həyata keçirilməlidir;
3. Kommersiya bankların dollar sifarişi ilə xarici valyuta satışı arasındakı korrelasiyanın monitorinq edilməsinə ehtiyac var. Maliyyə Bazarlarına Nəzarət Palatası belə monitorinqin nəticələrinə əsasən bazar iqtisadiyyatı prinsipləri daxilində xarici valyuta üzrə tələb-təklifə təsir edə bilər;
4. Mərkəzi Banka inamın artırılması istiqamətində islahatların aparılmasına ehtiyac var. Milli valyutaya inam Mərkəzi Bankın güvənin formalaşmasından keçdiyi üçün baş bank ilə bağlı institutsional və kadr islahatlarının aparılması məqsədəuyğundur".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi