“Nar”dan “Yay söhbətləri” kampaniyası

img

01-07-2016 [13:39]


"Nar” abunəçiləri yay ərzində "Yay söhbətləri” kampaniyasına qoşularaq, yaxınları ilə balansı düşünmədən limitsiz ünsiyyətdə ola bilərlər.

Artıq hər bir abunəçi 2 sevimli "Nar” nömrəsi seçərək, onlarla bütün yay boyunca limitsiz danışmaq fürsəti əldə edir.

"Yay söhbətləri” – "Nar” abunəçiləri üçün yaradılmış və onların 2 sevimli "Nar” nömrə ilə pulsuz və limitsiz ünsiyyətdə olması üçün nəzərdə tutulmuş xüsusi kampaniyadır. Kampaniyadan Azərbaycan ərazisində yaşayan və bu tariflərə qoşulmuş "Nar” abunəçiləri yararlana bilərlər: "Unikal”, "Saniyə”, "3-ü 1-də”, "Sənin 3-ün”, "Yerlim”, "Ölkəm”, "0”, "Super 0”, "Bumeranq”.

Qeyd edək ki, kampaniyadan istifadə üçün aylıq ödəniş 2.5 AZN təşkil edir. Seçilmiş nömrənin aktivləşdirilməsi isə 0.40 AZN-dir. İkinci nömrənin qoşulması pulsuzdur. Kampaniyaya qoşulmayan "Nar” nömrələr və digər operatorların nömrələri ilə səsli/görüntülü zənglərin bir dəqiqəsinin qiyməti cari tarif əsasında hesablanır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA