29-06-2016 [13:31]
Gəncə və Şəkidə evlərin və digər daşınmaz əmlakların elektron kadastr məlumat bazası yaradılıb.
Dövlət Əmlak Komitəsindən verilən məlumata görə, "Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi Azərbaycan və Almaniya hökumətləri arasındakı müqavilə çərçivəsində həyata keçirilib.
Layihəyə 2013-cü ildən start verilib. Layihə Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur.
Bununla daşınmaz əmlakın kadastrı və qeydiyyatında elektron idarəetmənin və vahid bazanın formalaşmasına start verilib.Layihə Gəncə və Şəkinin bütün ərazisini, yəni 250 min hektarı əhatə edib. Hazırda layihə çərçivəsində bütün çöl-ölçmə işləri tamamlanıb və 220 minə yaxın əmlak üzrə ölçmələr aparılıb.
Əhaliyə məxsus olan bütün daşınmaz əmlaklar - ev, mənzil, həyətyanı və pay torpaqları və kommersiya obyektilərinin sərhədləri dəqiqləşdirilib, sənədləri öyrənilib. Hazırda toplanan məlumatların emalı və elektron xəritələrə yerləşdirilməsi işləri aparılır.
Məlumatların bir hissəsi artıq emal olunaraq yeni xəritələrdə əksini tapıb, eləcə də vahid elektron kadastr sistemlərinə oturulub.Bununla da həyata keçirilən layihə əmlakın qeydiyyatının qat-qat sadələşməsinə və vətəndaşların vaxt itkisinin azalmasına imkan verib.
Layihə sayəsində, ilk növbədə, Gəncə və Şəkidə daşınmaz əmlaklarla bağlı bütün məlumatlar - onların yeri, koordinatları və ölçüləri müasir texnologiyalar vasitəsilə dəqiqləşib. Bununla da indiyədək mövcud olmuş anlaşılmazlıqlar və qeyri-dəqiqliklər aradan qalxacaq.
Əhalinin əmlak sənədlərinin öyrənilməsi nəticəsində daşınmaz əmlakın sənədləşdirilməsinin hansı səviyyədə olduğu müəyyən ediləcək. Bu isə Gəncə və Şəki əhalisi üçün sənədləşdirilmiş torpaq və daşınmaz əmlakdan səmərəli istifadə etməyə imkan verəcək.
Artıq həmin bölgələrdən sakinlər və əmlak sahibləri artıq öz əmlaklarını və torpaqlarını yeni – faktiki mövcud göstəricilərlə dövlət qeydiyyatına ala bilərlər. Bunun üçün vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Gəncə və Şəkidəki qeydiyyat idarələrinə müraciətlər edə bilərlər. Qeydiyyat idarələri ilə yanaşı, vətəndaşlar qeydiyyat məsələləri ilə bağlı suallarını komitənin rəsmi internet səhifəsi, komitə və DƏDRX-in çağrı mərkəzləri vasitəsilə də ünvanlaya bilərlər.
Bundan əlavə, "Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi çərçivəsində Facebook səhifəsi də yaradılıb.(səhifənin adı - Gəncə və Şəkidə daşınmaz əmlakın qeydiyyatına dəstək).
Vətəndaşlar bu səhifəyə müraciət etməklə də əmlakın qeydiyyatı ilə bağlı ətraflı məlumat ala bilərlər. Bununla yanaşı, layihə zamanı toplanan məlmatlar daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı prosesində bir sıra çətinliklərin həllinə kömək edəcək.
Daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı prosedurlar sadələşəcək, qeydiyyata sərf olunan vaxt azalacaq, məlumatların dəqiqliyi təmin olunacaq. Nəticədə əhaliyə göstərilən xidmət səviyyəsi, habelə şəffaflıq və operativlik daha da artacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi