Dövlət qulluqçularının maaşı açıqlandı - Statistika

img

28-06-2016 [16:58]


2016-cı il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 30,1 min nəfər olub və onların 29,2%-ni qadınlar təşkil edib.

Mia.az oxu.az-a istinadən bildirir ki, dövlət qulluqçularının 3,9%-i inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 75,4%-i 4-7-ci təsnifatları üzrə və 20,7%-i dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 

Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1%-i yerli icra başçısının müavinləri, 14,9%-i şöbə müdirləri, 11,2%-i şöbə müdirinin müavinləri, 8,5%-i sektor müdirləri, 26,6%-i baş məsləhətçilər, 4,8%-i böyük məsləhətçilər, 12,5%-i aparıcı məsləhətçilər və 20,4%-i məsləhətçilər təşkil edib. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 90,7% komplektləşdirilib.

Dövlət qulluqçularının orta aylıq əmək haqqı 2015-ci ildə 611,9 manat təşkil edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA