Dollar kreditlərinin taleyi həll olunacaq - Milli Məclis qərar verəcək

img

28-06-2016 [12:25]


Millət vəkilləri Vahid Əhmədov və Əli Məsimlinin dollar kreditləri ilə bağlı Milli Məclisin sədrinə, Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinə göndərdiyi təklif müzakirə olunacaq.

Bu barədə deputat Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, dollar kreditlərinə güzəşt edilməsi ilə bağlı Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirovla görüş keçiriləcək.

"Dollar kreditləri ilə bağlı görüş keçiriləcək. Bu məsələ birgə müzakirə olunacaq. Görüş bir qədər yubanır. Güman edirəm ki, görüş yaxın günlərdə baş tutacaq. Təbii ki, əsas müzakirə mövzusu dollar kreditlərinə güzəştlə bağlı olacaq”(azvision).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA