Rumıniya, Azərbaycan və Gürcüstan arasında qaz memorandumu imzalanıb

img

13-04-2010 [08:14]


Bu gün Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan, Gürcüstan və Rumıniya arasında qaz tədarükü sahəsində əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən, Azərbaycan Gürcüstandan keçməklə Rumıniyaya sıxılmış qaz satacaq. Layihə çərçivəsində Gürcüstan və Rumıniyada qaz terminalları tikiləcək. Müqavilə Rumıniya İqtisadiyyat, ticarət və biznes mühiti nazirliyi, Azərbaycanın enerji və sənaye nazirliyi və Gürcüstanın enerji nazirliyi arasında imzalanıb. Layihə 2 variantda həyata keçirilə bilər. Birinci varianta görə, Azərbaycan qazının sıxılması üçün zavod tikilə bilər. Digər təklifə görə, ?mavi yanacaq? qazı mayeləşdirən xüsusi gəmilərə çatdırılmalıdır. Qazın Türkiyə ərazisi ilə ixracı da istisna edilmir. Dəyəri 4-6 milyard avro proqnozlaşdırılan layihə çərçivəsində Rumıniyaya ildə 7 milyard kubmetr qaz satılacaq. Gələcəkdə nəql həcmi 20 milyard kubmetrə qədər artırıla bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA