?Azərbaycanda istehsal olunan benzinin qiyməti bahalazır"

img

13-04-2010 [06:19]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkənin müvafiq idarələri ilə "Avro-3", "Avro-4" və "Avro-5" standartlı benzin istehsalına dair danışıqlar aparır. Bu ildən isə "Avro-1", ?Avro-2? standartına keçilməsi nəzərdə tutulub. Sonrakı mərhələlərlə növbəti standartlara keçiləcəkdir. Rəylərə görə, "Avro-1", ?Avro-2? standartlarına keçid benzinin qiymətinin qaldırılmasına gətirib çıxaracaq.Yada salaq ki, hazırda ölkədəki yanacaqdoldurma məntəqələri daha çox Aİ-93 və Aİ-95-dən istifadə edir. Aİ-98 isə bəzi yanacaq doldurma məntəqələrində istifadə olunsa da, alıcısı çox azdır. "Avro-1", ?Avro-2? standartlarına keçiddən sonra Aİ-98-in satışı genişlənəcək. Yanacaq satışında ən yüksək standartın tətbiqi qiymətlərə təsirsiz ötüşməyəcək. Məlumat üçün bildirək ki, Azərbaycanda benzin istehsal edilən iki zavod var. Hazırda bunlardan yalnız birində benzin istehsal edilir. Hansıki bu zaman köhnə standartlardan istifadə olunur. Bu da ekologiyanın çirkləndirən səbəblərdəndir. Nəzərə çatdıraq ki, Avropa Birliyində 1995-ci ildən ?Euro-2? standartı tətbiq edilir. 1998-ci ildən ?Euro-3?, 2007-ci ildən isə ?Euro-4? standartı na keçilib. 2009-cu ildən isə ?Euro-5? standartı tətbiq edilib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, Azərbaycanın ?Avro-2? standartına keçməsi benzinin qiymətinin artırılması üçün iqtisadi zəmin yaratmır. Ekspertin fikrincə ?Avro-2? standartına keçid Azərbaycanda istehsal olunan benzinin maya dəyərinin ən yaxşı halda 10 faiz artmasına səbəb ola bilər: ?Çünki, ?Avro-2? standartının tətbiqi benzinin tərkibindəki ətraf mühit üçün zərərli olan elementlerin xaric edilməsi deməkdir. Elementlərin xaric edilməsi istehsal olunan hər litir benzinin maya dəyərinin 10 faiz artmasına səbəb olur?. V.Bayramov Azərbaycanda benzinin maya dəyəri ilə satış qiyməti arasında fərqin olduğunu vurğulayır: ?Ölkədə benzinin satış qiyməti maya dəyərindən 2,7 dəfə çoxdur. Benzinin satış qiyməti maya dəyərindən yüksək olduğu üçün Azərbaycanda benzinin satışı rentabellidir. O baxımdan ?Avro-2? standartlarına keçilməsi benzinin maya dəyərinin kəskin artımına gətirib çıxarmayacaq. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu gün Avropada ?Avro-5? standartları tətbiq olunur. Hansıki, ?Avro-5? standartları ilə istehsal ounan benzinin orta qiyməti 1 avro təşkil edir.Mərkəzi Şərqi Avropa ölkələrində isə benzinin 1 litirinin qiyməti 1 avrodan da aşağıdır. Avropada benzinin qiymətinin bazar tərəfindən müəyyənləşdirildiyini nəzərə alsaq, bütün hallarda benzinin qiyməti onun istehsal xərcindən və ya maya dəyərindən çox olur. Yəni ?Avro-5? standartı ilə istehsal olunan benzinin qiyməti 1 avro təşkil edirsə, həmin benzinin istehsal xərci 1 avrodan aşağıdır. Digər tərəfdən Amerika Birləşmiş Ştatlarında ?Avro? standartları tətbiq edilməsə də belə orada istehsal olunan benzinin keyfiyyəti ?Avro-5? standartına uyğundur. Həmin benzinin 1 litirinin qiyməti 70 sentdir?. ?Avro-2? standartının ?Avro-5? standartı ilə müqayisədə xeyli zəif standart hesab edildiyini diqqətə çatdıran mütəxəssis belə halda Azərbaycanda ?Avro-2? standartına uyğun istehsal edilən benzinin qiymətinin 1 manata çatdırılmasını iqtisadi baxımdan əsassız sayır?Son standartlara uyğun benzin istehsal edib satan ölkələrin təcrübəsi göstərir ki, bu standartların tətbiqi benzinin maya dəyərinin kəskin artımına gətirib çıxarmır.Azərbaycanda hal hazırda benzinin qiymətinin artırılması üçün iqtisadi zəmin yoxdur.Əgər Tarif Şurası tərəfindən benzinin qiymətinin qaldırılması yönündə hər hansı qərar qəbul edilərsə, bu iqtisadi faktorlarla əsaslandırıla bilməz?. İqtisadçı bildirir ki, ?Avro-2? standartına keçid adı altında benzin bahalaşdırılarsa, bu digər məhsulların da qiymətinin artırılmasına gətirib çıxaracaq. Cünki, benzinin qiyməti digər məhsulların qiymətinə birbaşa təsir göstərir.Bir sıra məhsulların istehsalında enerji daşıyıcılarından və benzindən istifadə edildiyini deyən V.Bayramov bunun pisixoloji təsirlərinin də olduğunu əlavə etdi:?Benzinin qiyməti artırılan zaman digər məhsulların da qiymətlərində artımlar baş verir.İqtisadi zəmini olmayan qiymət artımları istehlak bazarında kəskin artımlara gətirib çıxara bilər. Ona görə də indiki halda benzinin qiymətinin artırılmasına nə iqtisadi əsas var, nə də bunu maya dəyərin artması və ya xərclərin dəyişməsi kimi faktorlarla izah etmək mümkündür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA