24-06-2016 [15:41]
Böyük Britaniyanın Avropa İttifaqından çıxmasıyla bağlı qərarı dünya iqtisadiyyatında ciddi gərginlik yaradıb.
Adıçəkilən ölkənin milli valyutası dəyər itirib, dollar isə sürətlə qalxmağa başlayıb. Bu "zərbə"dən Azərbaycanda öz "nəsibi"ni alıb. Belə ki, Azərbaycan Dövlət Neft Fondu 12 saat ərzində 90 milyon dolara yaxın zərərə düşüb. Bundan başqa, qərarın açıqlanmasından sonra dünya bazarında Brent markalı neftin qiyməti 48,56 dollar səviyyəsinə enib. Avropa Fond birjaları isə çöküb. Böyük Britaniyanın aparıcı fond indeksi təxminən 9 faiz enib. Referendumdan sonra funt sterlinq 1985-ci ildən bu yana dollar qarşısında ən aşağı səviyyəyə düşüb.
Mia.az xəbər verir ki, bu və ya digər məqamlarla bağlı iqtisadçı-ekspert Samir Əliyev bir neçə saat içərisində baş verən dəyişiklikləri şərh edib:
"Belə qərarlar zamanı bazarlarda qısa müddətli panika yaranır. İngiltərənin Avropa Birliyindən çıxacağı halda gözlənirdi ki, funt sterlinq və avro ucuzlaşacaq. Bu da baş verdi. Funt dollara münasibətdə 30 illik həddə düşdü, avro isə ucuzlaşdı. Bu proses hələki davam edir. Bahalaşan isə Yapon yeni, ABŞ dollarıdır. Neft isə ucuzlaşıb. Düzdür, neft itirdiyi mövqelərini bərpa edir. 47 dollara kimi ucuzlaşan neft hazırda 49-a qədər bahalaşıb. Qızıl isə 5 faiz bahalaşıb. Bu, gözlənilirdi”.
S.Əliyev bütün bunların Azərbaycan üçün təsirsiz qalmasının qaçılmaz olduğunu qeyd edib: "Təbii ki hamını bir sual düşündür, bunun manata təsiri necə olacaq?
Əgər manatın məzənnəsini doğrudan da bazar müəyyənləşdirsəydi, bu gün görəcəkdik ki, manat dollara nisbətdə ucuzlaşıb. Amma bu, hələ ki, baş vermir. Biz yaxın günlərdə manatın məzənnəsinin dəyişiləcəyini görəcəyik. Əslində bilirik ki, Mərkəzi Bank manatı tənzimləyir. Ona görə manatın hansısa dəyişikliyi hələ ki, müşahidə edilmir”.
İqtisadçı sözügedən qərarın Azərbaycana təsir istiqamətlərini də açıqlayıb:
"Birincisi, neftin ucuzlaşması Azərbaycan üçün arzuolunan ssenari deyil. Biz neftin ucuzlaşmasını görürük.
İkinci təsiri Azərbaycanın valyuta ehtiyatlarıdır.
Üçüncüsü isə dolların bahalaşması manatın məzənnəsinə təzyiqi artacaq.
İndi hər şey Mərkəzi Bankın davranışından asılı olacaq. Maraqlıdır, Mərkəzi Bank belə bir vəziyyətdə öz valyuta ehtiyatlarını xərcləyib manata dəstək verəcəkmi, yoxsa manatı müəyyən qədər buraxacaqmı? İstənilən halda mən bir devalvasiya ssenarisini istisna edirəm. Manatın ucuzlaşması davam edəcək”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi