23-06-2016 [15:22]
"Bu gün Azərbaycan mağaza və marketlərində satılan təbii şirələrin böyük əksəriyyətinin təkibi kimyəvi məhsullardan ibarətdir”.
Bu sözləri Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov bildirib.
"Uşaq allergiya olur, mədə-bağırsağı pozulur..."
Birlik sədri deyib ki, əgər istehlakçıya təqdim olunanlar təbii şirədirsə, bu, onun sağlamlığı üçün vacib olan bir içkidir:
"Bu gün Azərbaycanda bir çox zavodlar var ki, təbii şirə istehsal edir. Yaxud şirələrin çoxu xarici ölkələrdən idxal edilir. Şirələrin böyük əksəriyyəti kimyəvi üsulla hazırlanmış içkilərdir ki, tərkibi də ancaq su, şəkər və xüsusi maddələrdən ibarətdir. Onların tərkibində insan orqanizminə lazım olan heç bir faydalı maddə yoxdur. Çox vaxt uşaqların həmin şirədən istifadəsi zamanı allergik reaksiya, baş ağırı, mədə-bağırsaq sisteminə mənfi təsirləri izlənilir”.
"Coca-cola”da həddindən çox kofein var
D.Məmmədov xüsusilə isti vaxtlarda təbii şirə adı altında satılan suların içilməsini məsləhət görmür:
"Bu gün ən çox istifadə edilən "Coca-cola” kimi şirin sulardır. Bu suların tərkibində şəkər həddindən artıq çoxdur. Eyni zamanda isti vaxtlarda içilən şirələr adamı daha da yandırır, susuzladır. Uşaq su istəyəndə valideyn ona "Coca-cola”, yaxud hansısa şirin su alıb verir. Bu, susuzluğu kəsmir, əksinə daha da artırır. Həmçinin, bu suların tərkibində kofein həddindən artıq çoxdur. Məsələn, 300 qramlıq "Coca-cola” bankasında 30-55 milliqram kofein var. Bu da böyüklərdə və azyaşlılarda kökəlmə yox, piylənmə yaradır. "Cola” tərkibli şirələr insanlarda xərçəng xəstəliyi yaranmasına səbəb olur, uşaqların sümüklərindəki kalsiumu yuyub aparır, dişlərini tökür”.
Yaxşı malı reklam etmirlər...
Ekspert həmçinin, istehlakçıları reklamlara aldanmamağa çağırıb:
"Yaxşı malı reklam etmirlər. Bir vaxtlar reklamda deyilirdi ki, "Bağlardan sizin üçün öz əllərimizlə yığdıq”. Amma reklam etdikləri məhsulun içərisindəki Afrikada yetişən ananas, banan, greyfut və s. idi. Axı bu meyvələr Azərbaycanda bitmir, haradan yığıb gətirdiniz bunları? Bunların hamısı xaricdən idxal olunur. Necə, nə cür, bunları bilmirik”.
Rayonlarda tonlarla meyvə niyə çaylara axıdılır?
Dövlət Məmmədov istehlakçıların aldadılmasını daha bir faktla əsaslandırıb:
"Bizim rayonlarda yerləşən bəzi zavodlarımız var ki, meyvələri doğurdan da yığıb təbii şirə hazırlayırlar. Amma bir neqativ hal da var ki, bizimkilər yeli sahibkarların əlində olan meyvələri almaq istəmirlər. Əgər o şirələr doğurdan da təbiidirsə, niyə hər il Qubada tonlarla alma çaylara tökülür? Olmazmı ki, elə onu alıb istehsalda istifadə etsinlər? Deməli, zavoda, xaricdən kimyəvi üsulla hazırlanmış tozları alıb suya qataraq "təbii şirə” əldə etmək daha sərfəlidir. Hesab edirəm ki, bu sahədə çox böyük boşluqlar var, nəzarət çox zəifdir”.
"Bu, Almaniyadan gətirilibsə, əla şirədir”
D.Məmmədov "brend” deyərək seçim etməyi doğru saymır:
"Xaricdən gözəl, bərbəzəkli qutularda ölkəmizə idxal olunan məhsulların tərkibi heç də yoxlanmır. İnsanlarımızda belə bir düşüncə var: bu Rusiyadan gəlibsə, yaxşıdır, Almaniyadan gəlibsə əladır...
Təklif edirəm ki, istehlakçılarımız şüşə qablarda olan şirələrdən istifadə etsinlər. Bu gün stəkanlarda 10-20 qəpiyə şirələr satılır. Baxan, yoxlayan yoxdur.
Bununla yanaşı, təklif edirəm ki, su və şirə istehsal edənlərin iştirakı ilə sərgilər keçirilsin.
Məsələn, evə qonaq gələcəyini biləndə yır-yığış edilir. Onlara da mütəmadi belə xəbərdarlıqlar verilsə, çalışacaqlar ki, hər yeri tər-təmiz saxlasınlar, qaydalara riayət etməklə məhsul buraxsınlar. Bu sahəni nəzarətsiz buraxmaq olmaz. Sahibkarların yoxlanmasının 2 illik dayandırılması bu sahəyə aid edilməməlidir”.
Modern.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi