Sərinləzdirici içkilər bazarında yoxlamalara bazlanılıb

img

12-04-2010 [05:48]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi, 35 ünvanında fəaliyyət göstərən ?Mahmud-Topçu K? Məhdud Məsuliyyətli İstehsalat Kommersiya Firmasında sərinləşdirici içkilərin istehsalı və satışının qanunauyğunluğu yoxlanılıb. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, yoxlama zamanı müəssisə tərəfindən istehsal olunan ?Kryuşon?, ?Skazka Vostoka?, ?Bakı?, ?Mimino? adlı limonadların üzərində yararlılıq müddətinin normativ-texniki sənədlərdə müəyyən edilmiş müddətdən artıq göstərildiyi ( 30 gün əvəzinə 90 gün), limonad istehsalı üçün xammal kimi istifadə olunan və hazır məhsulların qablaşdırılmasında istifadə edilən bəzi materialların uyğunluq və gigiyenik sertifikatlarının olmadığı müəyyənləşdirilib. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən ?Mahmud-Topçu K? Məhdud Məsuliyyətli İstehsalat Kommersiya Firmasının anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar limonad istehsalının və satışının dayandırılması, qanun pozuntularının aradan qaldırılması barədə ?Mahmud-Topçu K? Məhdud Məsuliyyətli İstehsalat Kommersiya Firmasına icrası məcburi göstəriş verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA