21-06-2016 [00:05]
Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində Malayziyanın "Petronas” neft-qaz şirkətinin prezidenti və baş icraçı direktoru Datuk van Zulkiflee van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az SOCAR-a istinadən xəbər verir ki, qəbulda Rövnəq Abdullayev SOCAR və "Petronas” arasında mövcud olan uzunmüddətli səmərəli əməkdaşlıq əlaqələrindən söz açaraq, hər iki şirkətin birgə fəaliyyət göstərdiyi layihələrin uğurla həyata keçirildiyini, əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.
SOCAR-da keçirdiyi əvvəlki görüşləri böyük məmnunluqla xatırlayan Datuk van Zulkiflee van Ariffin Azərbaycanda həyata keçirilən beynəlxalq miqyaslı layihələrdə iştirak etməkdən qürur duyduqlarını, bu layihələrin Malayziya və təmsil etdiyi şirkət üçün mühüm əhəmiyyət daşıdığını deyibb.
"Petronas”ın "Şahdəniz-2” layihəsində uğurla fəaliiyət göstərdiyini qeyd edən malayziyalı qonaq SOCAR-la əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını nəzərə çatdırıb. O, Azərbaycanın qədim tarixə malik neft-qaz sənayesinin uğurlarını maraqla izlədiklərini söyləyərək, ölkədə əlverişli və təhlükəsiz investisiya mühitinin mövcudluğunu, enerji sahəsində əməkdaşlıq üçün yaradılmış geniş imkanları məmnunluq hissi ilə qeyd edib.
Rövnəq Abdullayev SOCAR-ın həyata keçirdiyi layihələrdən danışıb. O, "Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi üzrə işlərin qrafikə uyğun davam etdirildiyini, layihənin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün tərəfdaşların vahid komanda şəklində fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.
SOCAR prezidenti ümumilikdə Cənub Qaz Dəhlizi layihəsinin də uğurla irəlilədiyini, ilk qaz həcmlərinin 2018-ci ildə Türkiyəyə çatdırılmasının mümkün olacağına əminliyini vurğulayıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi