Dünya Bankı Azərbaycana kredit ayıracaq - 67 milyon

img

17-06-2016 [12:58]


Dünya Bankı (DB) Azərbaycana əlavə 66,7 mln. dollar kredit ayıracaq.

Kreditin ayrılması barədə rəsmi sənəd bu axşam təsdiqlənəcək. Kredit əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və gəlir imkanlarının gücləndirilməsinə yönəlib.

DB-nin Bakı ofisinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zaur Rzayevin sözlərin görə, sözügedən vəsait məcburi köçkünlər üçün bir sıra imkanlara yol açacaq: "Kredit çərçivəsində xüsusilə gənc məcburi köçkünlərə müəyyən sahələr üzrə təlimlər keçiriləcək. Daha sonra isə onlara öz işlərini qurmaq üçün ilkin mərhələ üçün lazım olacaq kapital ayrılacaq".
apa.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA