17-06-2016 [12:02]
Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatların təhlili göstərir ki, bank sistemindəki durum getdikcə ağırlaşır. Bankların demək olar ki, hamısı bu gün problemli kreditlərlə üz-üzə qalıblar.
Mərkəzi Bankın rəsmi statistikası da problemli kreditlərin həcminin getdikcə artdığını təsdiqləyir. Bir qədər öncə bank islahatlarına onların konsolidasiya edilməsi yolu ilə start verilsə də indi bu prosses tamamilə dayandırılıb. Banklar zaman-zaman müştərilərə xarici valyutada verdikləri kreditlərin əsirinə çevriliblər. Bu gün müştərilərə verilən 18,7 milyard manat kreditlərin 9,0 milyard manatı və ya 48,2%-i xarici valyutadadır. Banklarda 22,5 milyard manat əmanət var ki, bunun da 81%-i, yəni 18,2 milyard manatı xarici valyutada cəlb edilmiş əmanətlərdir. Bankların cəlb etdikləri əmanət və verdikləri kredit portfelində xarici valyutada olan əmanətlərin və kreditlərin xüsusi çəkisi 66% və ya onun 2/3-si qədərdir. Bu durum kifayət qədər ciddidir və problemin kökü ilk növbədə xarici valyutada verilən kreditlərin qaytarılmasına söykənib ki, bu sahədə də vəziyyət getdikcə ağırlaşır.
Bu günlərdə Mərkəzi Bank kommersiya banklarına dəstək məqsədilə depozit auksionu keçirib və nəticədə 6,49%-lə banklardan 129 milyon manat vəsaiti depozit şəkilində qəbul edib. Kimlərsə bunu az qala Mərkəzi Bankın yaranmış durumda inqilab etməsi kimi dəyərləndirsə də əslində bu addım mövcud problemin həllinə heç bir kömək edə bilməz. Mərkəzi Bankın depozit cəlb etməsi nə deməkdir? Əslində banklar bu depozitə özlərinin sərbəst olan vəsaitlərini yerləşdirə bilərlər. Bu gün banklarda sərbəst vəsait varmı? Dövriyyədə olan nağd pul kütləsinin ən minimal bir həddə olduğu, verilən kreditlərin geri qaytarılması sahəsində ciddi problemlər yaşandığı, bəzi banklarda problemli kreditlərin onların ümumi kredit qoyluşunda 50%-i ötdüyü bir durumda hansı sərbəst vəsaitlərdən söhbət gedə bilər? Digər tərəfdən, gəlin banklarda yaranmış mövcud problemlərin və Mərkəzi Bankın cəlb etdiyi depozitlərin ölçülərini müqayisə edək? Öncə demək lazımdır ki, MB-nın cəlb etdiyi depozitlərin müddəti bilinmir. Başqa ölkələrin təcürbəsi isə göstərir ki, bu yolla vəsaitlər adətən çox qısa bir müddətə cəlb edilirlər və bu müddət bəzən günlərlə ölçülür. Hesab edək ki, Mərkəzi Bank bu depozitləri 3 ay müddətinə cəlb edib. Üç ay müddətində 129 milyon manat depozit 6,49%-lə banklara nə qədər divident gətirə bilər? Ən yaxşı halda bu iki milyon manatdan bir qədər artıq olan bir rəqəmi keçmir. İndi gəlin bu rəqəmləri müqayisə edək: - banklarda olan 22,5 milyard manat əmanət, 18,7 milyard manat kredit portfeli və onların Mərkəzi Banka yerləşdirdikləri 129 milyon manat depozitdən qazanacaqları 2 milyon manat! Gülməli müqayisədir deyilmi? Odur ki,
Mərkəzi Bankın bu addımını bank sisteminin xilası kimi dəyərləndirmək absurddur. Əslində Mərkəzi Bankın bu əməliyyatı keçirməkdə məqsədi başqadır. Əslində Mərkəzi Bank İlk dəfə keçirilən bu auksion vasitəsilə daha çox banklarda olan sərbəst manat kütləsi vasitəsilə valyuta bazarına ola biləcək təziqi neytrallaşdırmağın yollarını arayır. Bu yollardan biri də sərbəst vəsaiti olan, lakin onu yaranmış böhran şəraitində kredit şəkilində müştərilərə verməkdən ehtiyatlanan banklardan həmin vəsaitləri cəlb etməklə dövriyyədə olan manat kütləsini azaltmaqdır. Bununla da Mərkəzi Bank valyuta bazarına olan təziqi neytrallaşdırmış olur. Çünki banklar mövcud durumda sərbəst manat vəsaiti yaranan kimi öz valyuta öhdəliklərinin icrası və mümkün devalivasiya risklərindən sığortalanmaq üçün həmin manat vəsaitlərini xarici valyutaya çevirirlər. Bu yol sadəcə olaraq valyuta bazarına təziqi neytrallaşdırmaq üçün Mərkəzi Bankın əlində olan rıçaqlardan biridir. Odur ki, bank sistemində yaranmış ciddi böhranın qarşısının alınmasının başqa yollarını axtarmaq lazımdır. Bu yolu biz dəfələrlə göstərmişik və bir daha da göstəririk. Yaranmış vəziyyətdə Mərkəzi Bank müqabil şərtlərlə uznmüddətli daxili borclanmaya getməli və bu yolla da ilk növbədə bankların xarici valyutada verdikləri kreditlərin iki devalivasiyadan sonra yaranan məzənnə fərqi problemini çözməlidir. Çünkü bu gün bank sisteminin problemlərinin kökündə dayanan bir nömrəli məsələ budur. Bu addım bankları tədricən düşdükləri bataqlıqdan xilas edə bilər. Onların çökməsi çox təhlükəlidir və bu iqtisadiyyatımız üçün ciddi zərbə demək olardı...
Fikrət Yusifov, sabiq maliyyə naziri
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi