12-04-2010 [02:40]
Əhalinin sovet dövründə banklarda batmış əmanətlərinin qaytarılması məsələsi yenidən gündəmə gəlib. Belə ki, millət vəkili Əli Məsimli bilirib ki, mayda büdcəyə yenidən baxılaraq neftin büdcədəki qiyməti ilə real qiyməti arasındakı fərq nəticəsində daxil olan artıq vəsaitlərlə bağlı qərar verilməlidir. Bu zaman həmin qərarın pensiya və əmək haqlarının artırılmasını, əmanətlərin qaytarılmasını əhatə etməlidir. İki il əvvəl Milli Məclisə əmanətlərin diversifikasiyası ilə bağlı qanun layihəsi təqdim etdiyini vurğulayan Ə.Məsimlinin sözlərinə görə, məsələnin yaxın vaxtlarda gündəmə gəlib-gəlməyəcəyi may ayında büdcəyə yenidən baxılıb-baxılmayacağından asılıdır. Digər millət vəkili Nazim Məmmədov da deyib ki, hökumət həmin vəsaitləri daxili borc kimi tanısa, əmanətlərin qaytarılması ilə bağlı qərar qəbul olunsa, 2010-cu ilin dövlət büdcəsinə yenidən baxılan zaman bunun üçün vəsait ayırmaq olar. N.Məmmədov əmanətlərin strukturuna uyğun indeksasiya aparılmasını da təklif edib. O bildirib ki, 2 min rubla qədər olan əmanətlərin yarısını, 2 mindən 6 minə qədər olanın 3-də birini, 6 mindən 10 minə qədər olanın 4-də birini qaytarmaq olar. Millət vəkilinin hesablamalarına əsasən bu, 1,2 milyard vəsait edir ki, həmin vəsait də 5-6 ildə ayrıla bilər.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə hesab edir ki, əmanətlərin 2010-cu ildə gaytarılması mumkun deyil. Onun sözlərinə görə, bunun üçün əmanətlərin gaytarılması ilə bağlı qanunun qəbul edilməsi vacibdir: ?Prosedur qaydalarına görə bunu bu il etmek mumkun deyil. Başqa tərəfdən əmanətlərin verilməsi ilə baglı bir sıra məsələlər açıq qalıb. Məcburi köçkünlərin əmanətlərinin hesablanmasi ve ödənilməsi mexanizmi yoxdur. Indeksasiya ile bağlı hər hansı layihə yoxdur. Rublun manata nece indeksasiya edilmesi aydin deyil. Eyni zamanda əkser emanətlər üzrə arxivin olmamasi da problem yaradır?.
V.Bayramov deyir ki, əslində problem heç də vəsaitin olub-olmamasi ilə bağlı deyil: ? Əmanətlərin qaytarılması prosesi olduqca çətin və mürəkkəbdir. Məhz buna görə də icra qurumları prosesə başlamağa tərəddüd edirlər. Mayda dövlət budcəsinə əlavə və dəyişikliklərin edilməsi əmanətlərin qaytarılması üçün baza yaratmayacaq. Nəzərə alsaq ki, 2007-2008-ci illərdə büdcənin imkanları kifayət qədər geniş idi. Amma əmanətlər gaytarılmadı, Deməli problem maliyyə ilə bağlı deyil. Buna görə də, bu il əmanətlərin qaytarılmasi mümkün deyil və buna da zəmin yoxdur?.
Ekspertin sözlərinə görə, əmanətlərin qaytarılma mexanizmi aydin şəkildə işlənməlidir. Əks halda Ukraynada olduğu kimi bizdə də əmanətlərin qaytarılması ilə bağlı narazılıqlar Avropa Məhkəməsinədək uzana bilər.
Mütəxəssis deyir ki, indiyədək istər hökumət nümayəndələri, istərsə də millət vəkilləri əmanətlərin qaytarılmasının əhəmiyyətindən danışsalar da prosesin təşkili ilə bağlı ehtiyatlı mövqe nümayiş etdiriblər.? Ölmüş əmanətlərin? məbləğinin 4,8 milyard sovet rubluna bərabər olduğunu vurğulayan V.Bayramov 1992-ci il yanvarın 1-ə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olduğunu xatırlatdı: ? Əslində istər əmanətlərin həcmi, istərsə də əmanətçilərin sayı kifayət qədər ciddi rəqəmdən xəbər verir?.
Keçmiş müttəfiqlərin təcrübəsi nə vəd edir?
Nəzərə çatdıraq ki, hazırda əmanətlərin qaytarılması mexanizmi ilə bağlı ən çox Litva təcrübəsi önə çəkilir. V. Bayramov Litvanın prosesə SSRİ dağılandan qısa müddət sonra başladığını deyir: ?Bu ölkədə əmanətlərin qaytarılması vəsaitin birbaşa əhaliyə ödənilməsi şəkilində həyata keçirilib. Litva hökuməti öz vətəndaşlarına 1 milyard litdən artıq vəsait ödəyib. Rusiyada əmanətlərin ödənilməsinə 1995-ci ildən başlanılıb və ilk növbədə 1950-ci ilədək anadan olanların pulları qaytarılıb. Daha sonra isə əlillərə, veteranlara vəsait ödənilib. Qırğızıstanda əmanətlərin ödənilməsi ilə bağlı fərman 1997-ci il iyunun 2-də imzalanıb. Həmin qanuna görə əmanətlər 4 qrup üzrə təsnifləşdirilib:
2500 rubladək əmanətlərə 1 rubla 1 som
2501-5000 rubladək olan əmanətlərə 20 rubla 1 som
5001-10000 rubladək olan əmanətlərə 30 rubla 1 som
10000 rubldan çox əmanətlərə 40 rubla 1 som.
Moldovada əmanətlərin qaytarılmasına 2003-cü ildən başlanılıb. Qanunla 1000 rubladək əmanətlərin 1 rubluna 1 ley, 1000 rubldan yuxarı olan qalıq əmanətlərin hər 2,5 rubluna 1 ley qaytarılıb. Qazaxıstanda 1996-1997-cü illərdə sosial cəhətdən zəif olan təbəqələrinə əmanətlərin qaytarılması həyata keçirilib. 2003-cü ildəsə qalan əmanətlər nağd deyil çeklər şəkilində əhaliyə qaytarılıb?.
Azərbaycanda əmanətlərin qaytarılması mexanizmi necə ola bilər?
Mütəxəssisin rəyinə görə, Azərbaycanda sovet dövrü əmanət bankına yatrılan əmanətlərin strukturu onların indeksləşdirilməsini asanlaşdırır: ?Əmanətlərin 60 faizə qədəri 2000 rubladək olan əmanətlərdir. Dəyəri 10 000 rubldan çox olanların xüsusi çəkisi isə 15 faizdən azdır. Belə olan halda isə sitər sosial ədalət, istərsə də əmanətçilərin hüquqlarının qorunması baxımından ilk 1000 rubladək olan əmanətlərin indeksləşdirmədə rubl/manat asılılığının böyük olmaması əsas şərtlərdəndir. Çünki əks halda əhalinin az həcmdə əmanətlərinə sahib olan hissəsinin prosesdən faydalanmaq imkanları məhdudlaşacaq?. İSİM rəhbəri əmanətlərin indeksləşdirmə sistemi ilə bağlı aşağıdakı sistemi təklif etdi:
Onun sözlərinə görə, əmanətlərin qaytarılması bu sistemə uyğun həyata keçirilsə, tələb olunan məbləğ 900 milyon manat, prosesin icra müddəti 3 il təşkil edəcək: ?Sovet dövründə əmanət banklarına qoyulan əmanətlərin interval şəkildə əhaliyə qaytarılması kifayət qədər vacibdir. Məsələ ondadır ki, bununla əhalinin az əmanətə malik olan hissəsinin prosesdən faydalanmasını təmin etmək olar. Vahid dərəcələrin təyin edilməsi isə ilk minliyə sahib olanların hüquqlarının qorunmasına gətirib çıxarar.Prosesin başqa tərəfi, ödənişlərin hansı formada aparılmasıdır. İstər MDB ölkələrinin təcrübəsi, istərsə də Azərbaycanda son illər İstehlak Malları İndeksinin artması əmanətlərin yalnız nağd formada qaytarılmasını mümkünsüz edir?.
Bununla belə V.Bayramov Azərbaycanda əmanətlərin bir hissəsinin istiqrazlar vasitəsi ilə ödənilməsi yönündə müzakirələr aparılsa da hələlik bununla bağlı real mexanizmin işlənilib hazırlanmadığını diqqətə çatdırır: ?Bundan başqa, qiymətli kağızlar bazarının inkişafındakı durğunluq da istiqrazların reallaşmasına əsas əngəllərdən hesab edilməlidir. Məsələ ondadır ki, Azərbaycanda istiqrazların dövriyyəsi olduqca məhduddur və bu da əmanətlərin istiqrazlar kimi verilməsinə neqativ təsir göstərir. Eyni zamanda əhali arasında istiqrazlara, bütövlükdə qiymətli kağızlara inamın aşağı səviyyədə olması prosesin uğursuzluğuna səbəb ola bilər. Amma bu heç də əmanətlərin istiqrazların şəkildə qaytarılmasına maneə ola bilməz. Çünki bütün hallarda əmanətlərin nağd şəkildə qaytarılması ölkədə inflyasiya səviyyəsinin artmasına gətirib çıxara bilər. Məhz rəsmi açıqlamalarda da bu qayğı daha çox vurğulanır?.