Azərbaycanda iki ASC ləğv olundu - Vergilər Nazirliyindən açıqlama

img

16-06-2016 [14:11]


Azərbaycanda Açıq Səhmdar Cəmiyyət (ASC) formasında fəaliyyət göstərən 2 müəssisə ləğv olunduğunu elan edib.

Bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Bu müəssisələrdən biri "Gəncə Yağ-Piy" ASC-dir. Kreditorlar tələblərini Gəncə şəhəri, Heydər Əliyev prospekti,53 ünvanına bildirə bilərlər.

Digər müəssisə isə "Binəqədi Tikinti Mexanikləşdirmə" ASC-dir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, 3121-ci məhəllə, Abay Kunanbayev küçəsi,78A ünvanına bildirə bilərlər(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA