“Məzənnə 1,65 manat=1 dollar səviyyəsində qərarlaşacaq” - Ekspertdən proqnoz

img

16-06-2016 [11:16]


İqtisadçı ekspert Natiq Cəfərli ABŞ-ın Federal Rezerv Sisteminin uçot dərəcəsini dəyişməməsi ilə bağlı qərarına münasibət bildirib.

N.Cəfərli qeyd edib ki, FED, gözlənilən kimi Brexit'i, yəni Britaniya referendumunu və bəzi veriləri əsas gətirərək faiz artımını ertələdi, amma bu il uçot dərəcəsinin azı bir dəfə artacağını da açıqladı: "FED dünyanı çox ehtiyatla, ağılla bu hadisəyə hazırlayır, gah "şahin", gah da "göyərçin" açıqlamalar verərək birjaların nəbzini yoxlayır. Yellenin çıxışını diqqətlə izlədim, neft haqqında dedikləri də maraqlı oldu. Neft qiymətləri yerindəcə reaksiya verərək, 48 dollara qədər gerilədi, baxmayaraq ki, dünən ABŞ-da neft ehtiyatları azalmışdı.

Bizim "durba" modeli iqtisadiyyatımıza FED qərarları neft ve qonşu ölkələrin valyutalarının ucuzlaşması üzərindən təsir edir. Yaxın həftələrdə manat yavaş-yavaş ucuzlaşacaq, kəskin devalvasiya olmayacaq, məzənnə 1,65 manat=1 dollar səviyyəsində qərarlaşa bilər, yəni, koridorun üst səviyyəsi 1,65 görünür”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA