Kredit götürənlərin diqqətinə: Güzəşt yoxdur - VİDEO

img

15-06-2016 [23:16]


Bankdan kredit götürən şəxs, əlil olduğundan borcunu ödəyə bilmir. Məhkəmə isə prosesi qadının əleyhinə qiymətləndirib. Nəticədə bank Tahirə Allahverdiyevanı məhkəməyə verib. 

Məhkəmə borcun onun təqaüdündən tutulması istiqamətində qərar çıxarıb. Əlilliyə görə aldığı təqaüdün çox hissəsi borca hesablanan qadın, əmək qabiliyyətini itirdiyi üçün güzəşt istəyir.

Bəs görəsən, qanun əmək qabiliyyətinin itirilməsinə görə vətəndaşa hansi üstünlükləri taniyir?

Ekspertlərə görə, "Bank haqqında qanun" əmək qabiliyyətinin itirilməsinə görə vətəndaşa əlavə üstünlük vermir.

Tahirə Allahverdiyeva təqaüddən tutulan pulun miqdarının azaldılmasını da istəyir. Amma "İcra haqqında qanun"un 65-ci maddəsinə əsasən problemli kredit ödəyicisinin əmək haqqı, təqaüd kimi gəlirlərindən maksimum 50 faiz tutula bilər. O, məhkəmə qərarı olduğundan istəyinin təmin olunması üçün nə edəcəyini bilmir.

Mia.az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı video-materialı təqdim edir:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA