15-06-2016 [21:25]
Azər HƏSRƏT,
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü
Mətbuat Şurasında şikayətlərə baxarkən həmişə diqqətimi çəkən bir məqam olub: el arasında "reket” adlandırdığımız və heç kimin tanımadığı, ciddi qəbul etmədiyi qəzetlərin (saytların) həm özündə, həm də rəsmi blankında Azərbaycan dövlətinin gerbindən istifadə edilir.
Dəfələrlə şikayət obyekti olan bu cür "jurnalistlərə” iradımı bildirmişəm və xatırlatmışam ki, dövlət rəmzindən yalnız müvafiq dövlət qurumları istifadə edə bilər. Amma təbii ki, dövlət o ünsürlərə qarşı heç bir tədbir görmədiyinə görə, o qəbildən olan və medianın adına ləkə gətirməkdən başqa bir işə yaramayanlar ordusu hələ də Azərbaycan gerbli qəzet buraxmağa davam edir.
Bu gerbli qəzet buraxanların bir də başqa bir şakəri var. Bunlar axı reketdir. Qapı-qapı gəzib məmurları, ayrı-ayrı peşə sahiblərini əvvəlcə şirin dillə, bu baş tutmayanda şantajla yoldan çıxarıb onlara diplom, fəxri fərman, təltifnamə verirlər. Ki, bəs filankəs müəllim öz sahəsində çox böyük uğurlara imza atmaqla Azərbaycanda, nə bilim, hansısa sahənin inkişafına nəhəng töhfə verib. Özü də bu dəfə artıq təkcə gerb deyil, ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin də şəkli olur o başabəla təltifnamələrin üzərində. Ağlı başında olan, özünə güvənən və nəyin nə olduğunu bilən sənət sahibləri, məmurlar bu adamları ilk andan qapıdan qovmağı bacarır. Ancaq bir sıra sadəlövh, təmiz qəlbli, öz sənətini sevən peşə sahibləri bu təltiflərin üzərində H.Əliyevin, İ.Əliyevin şəklini, Azərbaycan gerbini görəndə düşünürlər ki, yəqin çox sanballı bir şeydir və onu almağa dəyər. Bəzən hətta pul verib almağa belə…
Təbii ki, pul verib alanlar elə o reketlər səviyyəsində və ağlında olduğu üçün onlarla işim yox. Amma şəxsən fəaliyyətinə bələd olduğum, işlərini izlədiyim insanların da belə ucuz təltifnamələrə könül vermələrini görəndə heç də ürəyim açılmır. Belə dostlarıma demək istəyirəm ki, axı sizin bu ucuz diplomlara, təltiflərə nə ehtiyacınız var?
Siz ki, zatən zəhmətinizlə, çalışqanlığınızla layiq olduğunuz diqqəti qazanmısınız. Azərbaycan dövlətinin rəmzindən, Prezidentin şəklindən sui-istifadə edən ucuz adamların ucuz diplomları, inanın, sizin adınızı nəinki yüksəltmir, əksinə, yerdən yerə vurur. Biz media əhli olaraq bu ünsürləri nəinki mediadan hesab etmirik, ümumiyyətlə onları xırda xuliqanlar, bəzən də kriminal elementlər kimi görürük. Ona görə də belə adamlardan diplom almaq heç kimə baş ucalığı gətirməz…
Sözardı: Ola bilər ki, gününü mətbəxdə keçirən hansısa Fatmanisə bu "diploma” baxıb bəh-bəh deyər, amma heç bir ciddi insan belə "diplomları” ciddiyə almaz. Üstəlik, o "diplom”a layiq görülənin də ciddiyyətindən şübhə edər.
Əlavə sözardı: Qəzetlərin, ümumiyyətlə medianın işi kiməsə diplom paylamaq deyil, toplumu informasiya, sağlam təhlillərlə təmin etməkdir. Əgər hər hansı şəxs və ya qrup media adından belə təltiflər paylayırsa, təbii ki, onların, əslində, mediaya heç bir dəxli yoxdur. Bu adamların və qrupların əməlləri, məqsədləri başqadır, zərərlidir…
Dübarə onu da əlavə edim ki, heç normal, ciddi qəzetlərin diplom payladığını görən olubmu? Hələ mən Azərbaycan gerbindən istifadə hüququ olan rəsmi qəzetləri demirəm. Onlar heç bir zaman kiməsə diplom paylamaqla məşğul olmadı, olmaz da…
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib