15-06-2016 [13:02]
Masallı rayonunun 20 minə yaxın əhalisi olan Ərkivan qəsəbəsi, Qəriblər, Kosagül kəndlərinin qaz xətləri kəsilib. Səbəb kimi isə əhalinin qaz sərfiyyatına görə borclu olduğu göstərilir.
Ərkivan qəsəbə sakini, «Cənub Xəbərləri» qəzetinin redaktoru Zahir Əmənov deyir ki, qazpulu borcu şişirdilib:
2800 ABONENTDƏN 2670-İ BORCLUDUR?
«2009-cu ildə qazpulu borcları silinəndə də, rəqəmlər şişirdilmişdi. İndi deyirlər ki, qəsəbə sakinlərinin 349 min manat borcları var. Halbuki, bu rəqəm 35 min manatdır. Onların dediklərindən belə çıxır ki, 2800-ə yaxın abonentdən 130 nəfərin borcu yoxdur, qalanların hamısının borcu var. Deyirlər ki, 100 manatdan yuxarı borcu olanların qazını kəsirlər. Belə borcu olanların sayı 500 nəfərdən çoxdur. Ancaq qəsəbəyə gələn əsas xətti kəsiblər. Mənim borcum yoxdur, mən də qazsız qalmışam. Ramazan ayında bunu düzgün iş hesab etmirəm».
Qəsəbənin digər sakini Möhübbət Məmmədovun deməsinə görə, hər ay qazpulu ödəyib, çeklər əlindədir. Lakin ona da borc yazıblar:
«ÖDƏMƏLƏR HARA GEDİR, BİLMİRİK»
«Qaz gəlmir. Mənə də 378 manat borc yazıblar. Ödəmələr yerindədir. Deyirlər ki, keçmiş borclardır. Sayğac qoyulmamışdan əvvəlki ayları deyirlər. Onda da pul ödəmişəm. Tək mənə yazmayıblar, çox adama borc yazıblar. Ödəmələr də hara gedir, bilmirik. Bu pullar axı köçürülür».
Möhübbət Məmmədov deyir ki, qazsızlığa öyrəşməyə çalışırlar:
«BALON QAZI ALMIŞAM, ONU İŞLƏDİRƏM»
«Nə istisindən yararlana bilirəm, nə də hamam işlədə. Balon qazı almışam, onu işlədirəm. Neçə illərdir ki, sayğac quraşdırıblar, indi borcu istəyirlər. Belə idisə əvvəlki illərdə bu məsələni qaldıraydılar da...».
Ərkivan qəsəbə bələdiyyəsinin sədri Anar Rəcəbli də deyir ki, təbii qazın kəsilməsi əhalinin borcları ilə bağlıdır:
BƏLƏDİYYƏ SƏDRİ: «BORCUM YOXDUR, QAZIMI KƏSİBLƏR»
«Borca görə kəsiblər. Əhalinin, deyirlər, 300 min manatdan yuxarı borcu var. Mənim borcum yoxdur, mənim də qazımı kəsiblər. Əslində, fərdi qaydada kəsməli idilər, belə düz deyil. Gözləyirik, yaxın vaxtlarda bunu həll etməlidirlər. Qazı kəsəndən sonra bildik. Müraciət etdik, dedilər, borca görə kəsilib».
Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Elçin Məmmədova müraciət etdik.
O, suallarımıza cavab verməkdən imtina etdi. «Azəriqaz» İstehsalat Birliyinin saytında isə Masallı rayonunun Ərkivan qəsəbəsində təbii qazın kəsilməsi barədə hər hansı bir məlumata rast gəlmədik. Halbuki, Birlik təmirə görə harada qazın verilməsini müvəqqəti dayandırırsa, bunu öz saytında ictimaiyyətə çatdırır(Azadliq).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi