Azərbaycanın xarici dövlət borcu açıqlandı

img

14-06-2016 [15:52]


01 aprel 2016-cı il tarixinə xarici dövlət borcu barədə məlumat açıqlanıb.

Maliyyə Nazirliyindən Mia.az-a verilən məlumata görə, bu ilin aprelin 1-nə Azərbaycanın xarici dövlət borcu 7 448,7 mln. ABŞ dolları (11 486,6 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 21% təşkil edib.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilən kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcunun 82.3%-i əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə və 17.7%-i beynəlxalq maliyyə bazarlarından yerləşdirilən qiymətli kağızlar vasitəsilə cəlb edilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA