14-06-2016 [11:22]
Son 10 ildən artıq vaxt ərzində aparılmış özəlləşmə Azərbaycan iqtisadiyyatına gözlənilən səmərəni verə bilmədi. Elə bu səbəbdəndir ki, cari ilin may ayının 19-da Prezident Dövlət əmlakının özəlləşdirilməsi prossesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Fərman imzaladı.
Heç şübhə yoxdur ki, ölkə başçısının bu Fərmanı, onun Dövlət Əmlak Komitəsinin dövlət əmlakının özəlləşdirilməsi sahəsində indiyə qədər olan fəaliyyətinə verdiyi qiymət idi.
Fərmanla praktik olaraq Dövlət Əmlak Komitəsinin dövlət əmlakının özəlləşdirilməsi sahəsindəki fəaliyyəti dayandırıldı. Buna səbəb nədir? Nə üçün dövlət başçısı bundan sonra dövlət əmlakının özəlləşdirilməsi işini bu Komitəyə etibar etmək istəmədi?
Çünkü hökumət dövlət əmlakının özəlləşdirilməsinin iqtisadiyyata ciddi töhvələr verəcəyini gözləyirdi – bu isə baş vermədi, Dövlət Əmlak Komitəsi bu gözləntiləri döğrulda bilmədi. Komitə tərəfindən illər öncə özəlləşdirilən əksər dövlət müəssisələrinin fəaliyyəti bu gün yox dərəcəsindədir. Çünkü Əmlak Komitəsi bu obyektləri özəlləşdirərkən onların sonrakı taleyinin necə olacağının fərqində olmayıb. Elə bu səbəbdəndir ki, hazırda ölkənin müxtəlif bölgələrində özəlləşdirildikdən sonra qapılarına qıfıl vurulmuş onlarla müəssisələrə rast gəlmək mümkündür.
Bəs əslində özəlləşdirmə necə aparılmalı idi? Əslində özəlləşdirmə ilk növbədə bu müəssisələrin müəyyən müddətdən sonra yenidən qurularaq fəaliyyətə başlamasını nəzərdə tutmalı idi. Belə olduğu təqdirdə, bir müddətdən sonra fəaliyyətə başlayacaq müəssisələr ölkə iqtisadiyyatına kifayət qədər töhvə verə bilərdi. Ona görə də belə müəssisələri özəlləşdirərkən ilk növbədə onların alıcıları ilə özəlləşdirilən müəssisələrin fəaliyyətini təmin edən şərtləri nəzərdə tutan konkret müqavilələr imzalanmalı idi. Müqavilələrin tələblərini yerinə yetirməyən, əmlakın yeni sahiblərinə qarşı isə ciddi sanksiyalar - hətta əmlakın alışı üçün ödənilmiş məbləği geri qaytarmadan, onun təkrar özəlləşdirilməyə çıxarılaraq, başqasına satılması kimi sərt şərtlər müəyyənləşdirilməli idi. Lakin təssüflər olsun ki, dövlət əmlakının özəlləşdirilməsinə və bu zaman ilk növbədə dövlətin hərtərəfli maraqlarını təmin etməyə məsul olan Dövlət Əmlak Komitəsi, son illər öz fəaliyyətində bu kimi ciddi maraqları qapı arxasında qoydu.
Bir sözlə, Komitə və onun rəhbərliyi dövlət əmlakının özəlləşdirilməsində dövlətin maraqlarını lazımınca qorumağa borclu olduğu halda, bu borcu "tamamilə yaddan çıxarıb”, dövlətə məxsus müəssisələri "qalıq dəyəri” ilə onların real bazar dəyərindən dəfələrlə aşağı qiymətə reallaşdırmaqla həm də dövlət büdcəsinə ciddi zərbə vurdu. Təbii ki, belə davam edə bilməzdi. Komitə rəhbərliyi belə yarıtmaz fəaliyyətin cavabını bir gün Prezidentin imzaladığı bu etimadsızlıq Fərmanı ilə almalı idi.
Dövlət Əmlak Komitəsinin dövlət əmlakını özəlləşdirərkən yol verdiyi ciddi qanun pozuntuları ilə bağlı araşdırmalarımız davam edir. Növbəti açıqlamalarımızda Komitənin dövlət əmlakını özəlləşdirərkən yol verdiyi ağılasığmaz pozuntulardan bəhs edəcəyik.
Fikrət Yusifov, sabiq maliyyə naziri,
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar
Birliyinin sədri, iqtisad elmləri doktoru, professor
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib