Rəsmi Moskva Azərbaycanın məhsulunu niyə sərhəddən buraxmır? - Ekspert

img

08-06-2016 [11:08]


Rusiyanın hakimiyyət mənsubları bir ağızdan deyirlər ki, Azərbaycanla ticarət həcminin artırılmasında maraqlıdırlar.

Bu yaxınlarda Bakıya səfər edən Dağıstanın rəhbəri Ramazan Abdulatipov da eyni sözləri dedi. Ancaq əvəzində biz nə görürük?

Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya ilə sərhəddə, elə həmin Dağıstanda saxlanılır. Beləliklə, tez xarab olan mallar günlərdə saxlanılır və ciddi səbəb göstərilmədən geri qaytarılır.

Mia.az xəbər verir ki, yaranmış problemlə bağlı  politoloq Elxan Şahinoğlu maraqlı məsələlərə toxunub:

"Qeyd olunan probelmdə ən maraqlı detallardan biri də odur ki, Azərbaycanın kənd təssərrüfatı mallarını ekspertizadan Dağıstanda yox, Moskvada keçirirlər. Yəni azərbaycanlı fermerlər həftələrlə oturub, ekspertizadan cavab gözləməlidirlər. Məhz belə uzatmalar səbəbindən tonlarla pomidor sərhəddə zay olub".

Ekspert deyir ki, rus gömrükçülərinin bir başqa ittihamı ondan ibarətdir ki, guya həmin pomidorlar Türkiyənindir, qardaş ölkə Azərbaycan üzərindən Rusiyaya mal daşımaq istəyir:

"Rusiyanın isə Türkiyə mallarına qarşı sanksiya qərarı var. İndi biz Rusiya gömrükçülərinə necə sübut edək ki, pomidorlar Azərbaycanda yetişdirilib?

Məgər bilmirlər ki, vaxtilə Moskva və Sankt-Peterbuq kimi nəhəng şəhərlərin pomidora olan ehtiyacını tək elə Lənkəran rayonu ödəyə bilərdi? Demək ki, Moskvanın bizə inamı yoxdur. Çətin olsa da, alternativ bazarlar axtarmalıyıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA