Ölkədə inflyasiya artıb, meyvə-tərəvəz, yağ məhsullari bahalazib

img

08-04-2010 [07:01]


İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 22 regionunda mart ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edib. Qurumun mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, aparılmış statistik müşahidələrin nəticəsinə əsasən, mart ayı ərzində Azərbaycanda istehlak qiymətləri 0,70 faiz artıb. Bakıda qiymətlər 0,59 faiz, regionlarda 0,82 faiz yüksəlib. Bu ilin üç ayında isə ölkədə 2,44 faiz inflyasiya baş verib. Ötən ilin martına nisbətən ölkədə istehlak qiymətləri indeksi 6,41 faiz artıb. Mart ayı ərzində ərzaq məhsulları üzrə ən çox bahalaşma yenə meyvə-tərəvəzdə (6,23 faiz), yağ məhsullarında (1,14 faiz), ən çox ucuzlaşma isə geyim və ayaqqabılarda (0,91) faiz qeydə alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA