07-06-2016 [17:23]
"Formula 1” Avropa Qran Pri”si yaxınlaşdıqca dollar bahalaşa bilər”.
Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.
Q.İbadoğlu bildirib ki, iyunun 17-dən 19-dək Bakıda ilk dəfə keçiriləcək "Formula 1 Avropa Qran Pri”sinin açılışına 11 gün qalır:
"Bu müddət ərzində ən azı 2 səbəbdən manatın dollara nəzərən məzənnəsində dəyişikliklər müşahidə oluna bilər. Birincisi, bu mötəbər yarış öncəsi ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) iyunun 14-15-də növbəti toplantısının keçirilməsi və uçot dərəcələrini qaldırması ehtimalının getdikcə artması dolların bahalaşması üçün əsaslar yarada bilər.
FES-in qərarının ABŞ-la ticarət və investisiya əməkdaşlığı güclü olan ölkələrə ciddi təsirləri müşahidə olunsa da, bu qərarın Azərbaycan, Rusiya, Qazaxıstan və Türkiyə kimi valyuta bazarı xarici şoklara həssas olan ölkələrdə milli valyutaların dollara nəzərən məzənnəsinə daha çox psixoloji təsirləri gözlənilir. Federal Açıq Bazar Komitəsində keçiriləcək növbəti iclas ABŞ iqtisadiyyatının iqtisadi proqnozlarının müzakirəsi və sədrin mətbuat konfransından ibarət olacaq. Gözləntilərə görə FES bu və ya iyulun 26-27-də gözlənilən sonrakı toplantısında uçot dərəcəsini bahalaşdıracaq. Uçot dərəcəsinin artırılması pul kütləsinin azalmasını şərtləndirdiyinə görə bu, dolların mövqeyini möhkəmlədir.
Proqnozlara görə, bu il dollar yeni səviyyəsində qərarlaşacaq. Manatın məzənnəsinə təsir göstərəcək ikinci amil ""Formula 1 Avropa Qran Pri”sinə görə ölkəyə gələcək turistlər sayı ola bilər. Hazırda bu yarışa giriş üçün 3 günlük biletlərin qiyməti 200 dollarla 590 dollar arasında, iyunun 16-dan 20-dək akkreditə olunmuş mehmanxanalarda yaşayış xərcləri isə 540 dollardan 2500 dollaradək dəyişir.
Gözləntilər ondan ibarətdir ki, Mərkəzi Bank Azərbaycanı turistlər üçün cəlbedici etmək üçün manatın məzənnəsini ucuzlaşdıra bilər. Xaricilər üçün mehmanxana və biletin ödənişləri dollarla aparılsa da, onların yemək və istirahət xərcləri manata tələbatı artıracaq. Bazara bu məqsədlə dolların çıxması iqtisadi qanunauyğunluğa görə manata tələbatı artırmaqla onu bahalaşdırmalıdır. Amma bu, turistlər üçün Azərbaycan bazarının cazibədarlığını azalda bilər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi