Dollarla kredit götürənlərə güzəşt olmasa, nə baş verəcək? - Ekspert

img

07-06-2016 [14:03]


"Ötən ilin fevral ayında kredit götürənlərə kompensasiyanın ödənilməsi və güzəştlərin tətbiqini lk dəfə təklif edəndə bu təşəbbüs rəsmi dəstək qazanmasa da, son zamanlar gələn xəbərlər müəyyən nikbinlik yaradır".

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, o zaman kompensasiya mexanizmini rəsmi şəkildə hökumətə də təqdim edib:

"İkinci devalvasiyadan sonra isə bu məsələni daimi olaraq gündəmdə saxlamağa çalışdım. Çox sevindirici haldır ki, müxtəlif steykholderlə o cümlədən, parlament, mətbuat, müstəqil iqtisadçılar bu təşəbbüsə ciddi dəstək verdilər. Maliyyə Bazarlarına Nəzarət Palatasının son açıqlamalarından bəlli olur ki, artıq 10 min dollaradək olan kreditlərə kompensasiyanın verilməsi məsələsinin müzakirəsi yekunlaşmaqdadır. Parlamentdən gələn xəbərlər də bunu təsdiq etməkdədir. Hökumət kreditlərə güzəştin verilməsi barədə nə qədər tez qərar qəbul edəcəksə kredit bazarındakı problemlərin həllinə o qədər tez yardım göstərmiş olar. Son monitorinqlərimiz də göstərir ki, kredit götürənlərə güzəşt olmadan bank sektorundakı mövcud problemləri aradan qaldırmaq mümkün olmayacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA