06-06-2016 [15:18]
Son illər Gürcüstandan Azərbaycana ixrac olunan minik avtomobillərinin sayı xeyli azalıb.
Minik avtomobillərinin satışının azalmasının bir neçə səbəbi var. Bunlardan biri Azərbaycanda Avro-4 standartlarının tətbiqidir.
Gürcüstanın Rustavi şəhəri yaxınlığındakı "maşın bazar”ında da bu cür düşünənlər az deyil.
Bazarın mühafizə xidmətinin əməkdaşı Mixail Talukaşvili deyir ki, əvvəllər bu bazarın alıcılarının 60-70 faizini azərbaycanlılar təşkil edirdilər. Azərbaycanda yeni Avro-4 standartlarının tətbiqindən sonra bu rəqəm 10-15 faizə enib.
Avtomobilini satmaq istəyən Gürcüstan vətəndaşı Nuqzar Baramişvili deyir: "Azərbaycan Avro-4 standartlarının tətbiq etdikdən sonra qonşu ölkədən gəlib bizdən avtomobil alanların sayı xeyli azalıb. Bunun bir səbəbi bizim təklif etdiyimiz avtomobillərin həmin standartlara cavab verməməsidir. Biz Azərbaycana irad tuta bilmərik. Ölkə rəhbərliyi yəqin ki, əhalinin sağlamlığını, təhlükəsizliyini, ekoloji təmizliyi nəzərə alaraq belə bir qərar qəbul edib. Amma bir məsələdə var, indi azərbaycanlılar Avro-4 standartlarına cavab verən avtomobilləri də az alırlar. Bəziləri deyirlər ki, guya Azərbaycanda buradan alınan avtomobillərin gömrükdə rəsmiləşdirilməsi baha başa gəlir. Bəziləri isə indi azərbaycandakı avtosalonlardan daha keyfiyyətli maşın almaları ilə izah edirlər”.
Avtomobil alıcısı Kaxa Çobanidze isə avtomobil satışının azalmasının başqa səbəblərindən xəbər verir: "Burada satılan avtomobillərin heç də hamısı yaxşı maşınlar deyil. Məsələn, mən, bu gün 2 ədəd eyni model Mercedes-Benz avtomobilinə baxdım. Eyni ildə - 2008-ci ildə istehsal olunmuş avtomobillərdir. Biri 11 min dollara, digəri isə 16 min dollara. Sual yaranır, görəsən niyə, eyni markadan, eyni ildə istehsal olunan avtomobildə belə fərq var. Araşdırdıq, məlum oldu ki, onlardan biri taksi üçün istifadə olunub və demək olar ki, istismar müddətini başa vurub. Sadəcə olaraq Gürcüstana gətirildikdən sonra təmir olunub, rənglənib, bəzi hissələri dəyişdirilib və avtomobil yaxşı görkəm alıb. Digəri isə inzibati idarədə istifadə olunub və yaxşı vəziyyətdədir. Daha yüksək keyfiyyətli maşın almaq istəsən gərək maraqlanıb, şəxsi istifadədə olanını tapasan. İndi necə edəsən? Hamının imkanı yoxdur ki, araşdırsın və fərqin niyə belə böyük olduğunu və bizə necə avtomobillərin satıldığını ayırd edə bilsin. Burada azərbaycanlıları qınamaq olmur. Onlar da gəlirlər və yəqin ki, belə avtomobilləri aldıqdan sonra peşman olurlar. Bunu görən digər azərbaycanlı təbii ki, daha bura gəlməyəcək”.
Satıcı Soso Qumişvili də avtomobillərlə bağlı maraqlı faktlar açıqlayıb. O deyir: "Bu gün Gürcüstanda Yaponiyadan, ABŞ-dan, Almaniyadan və digər ölkələrdən gətirilmiş avtomobillər satılır. Bəzi avtomobillər həqiqətən də ilinin təzə olmasına baxmayaraq eyni markadan olan və bir qədər köhnə olan digər avtomobillərdən ucuz satılır. Həmin avtomobillər ABŞ-da, Yaponiyada, eləcə də Almaniyanın özündə və digər ölkələrdə su daşqınları nəticəsində yararsız vəziyyətə düşüblər. Lakin sonra onlar təmizlənib, təmir olunub və satışa çıxarılıb. Təbii ki, belə avtomobillərin ömrü, dözümlülüyü az olur. Ona görə də, belə avtomobillər ucuz satılır”.
Satıcı deyir ki, bəzən həmin avtomobillərin ucuz satılmasının səbəbi alıcıya izah olunur. Lakin, avtomobili almaqla bağlı qərarı alıcı özü verir.
Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi