31-05-2016 [11:01]
"İkinci devalvasiyada 48 faiz dəyər itirən milli valyutamızın rəsmi kursu son 5 ayda 4 faiz möhkəmlənə bilib”.
Mia.az xəbər verir ki, bu barədə məlumatı iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
İqtisadçının sözlərinə görə, 2016-cı ilə dollara nisbətən 1.5610 kursu ilə başlayan manat may ayının sonuncu gününə 1.4906 məzənnəsi ilə daxil olub: "Məsələ heç də devalvasiya ilə nisbətdə manatın dəyər qazanma faizinin böyük olmaması deyil, həmçinin bu möhkəmlənmədə bazarın nə qədər rol oynaması ilə bağlıdır. Mart ayından başlayaraq manatın möhkəmlənməsi səbəblərinə diqqət yetirək. İkinci devalvasiyadan sonra vətəndaşlar və eləcə də biznes qısa zamanda öz milli valyutalarını dollara çevirməyə çalışdılar. Nəticədə, dollarlaşma prosesi kəskin sürətləndi və nəinki əllərdəki manat, hətta bankların gündəlik yığımları belə dollarlaşdı. O zaman "qara bazar”da manatın dollara qarşı məzənnəsi hətta 1.90-dək yüksəldi. Bu isə o deməkdir ki, dollarlaşma prosesi manatın xeyli aşağı məzənnəsi ilə müşahidə edildi və biznes və vətəndaşlar baha dollar almaq məcburiyyətində qaldılar.
Mart ayından başlayaraq isə istər banklar, istəsə də vətəndaşlar cari xərclər üçün dollarlarının bir hissəsini bazara çıxardılar. Büdcənin investisiya xərclərinin azalması idxalın da bu istiqamətdə məhdudlaşmasına səbəb oldu. Bankların xarici valyutada istehlak kreditləşməsinə tətbiq edilən məhdudiyyətlər də dollara tələbini azaltdı”.
V.Bayramovun fikrincə, Mərkəzi Bankın manat bazası 2015-ci ilin yanvarı ilə müqayisədə may ayında 11.542 milyard manatdan 6.726 milyard manatadək azalması milli valyuta təklifini məhdudlaşdırıb:
"Nəticədə, həm əks-dollarlaşma prosesinin başlaması, həm də Mərkəzi Bank ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati tədbirləri dollara tələbi azaltdı. Mərkəzi Bank yaz aylarında hərraclara alıcı kimi qatılması isə milli valyutanın məzənnəsinə təsir göstərməyə başladı. 4 faizlik marjı qoruyan Mərkəzi Bank valyuta bazarında yenə də aparıcı oyunçu kimi qalmaqdadır. Bu isə o deməkdir ki, manatın məzənnəsinə ən azı valyuta bazarı qədər Mərkəzi Bank təsir göstərir. Hətta dünya bazarında dolların möhkəmlənməsi belə milli valyutanın kursuna təsirsiz ötüşür”.
V.Bayramov hesab edir ki, məzənnəni bazar müəyyənləşdirmədiyi və liberal üzən valyuta rejiminə keçirilmədiyi halda milli valyutanın gələcək məzənnəsi ilə bağlı biznesdə qeyri-müəyyənlik qalacaq:
"Aydındır ki, Mərkəzi Bank inzibati metodlar ilə prosesi uzun müddət apara bilməz. İdxalın artması halında yenidən dollara tələb yüksələcək. Digər tərəfdən, "isti pullar” real sektorun canlandırılmasının əsas prinsiplərindən biri olduğu üçün müəyyən müddətdən sonra Mərkəzi Bank manat bazasını genişləndirmək məcburiyyətində qalacaq. Bu isə xarici valyutaya təbii tələbin formalaşdırılması deməkdir”.
Ekspert manatın gələcək taleyi ilə bağlı proqnoz da verib:
"1.Mövcud iqtisadi qanunlar ilə milli valyuta uzun müddət möhkəmlənə bilməz;
2.Mərkəzi Bank inzibati metodlardan yalnız qısa müddətli dövrdə faydalana bilər;
3.Real sektorun canlanması, alıcılıq qabiliyyətinin yüksəlməsi fonunda idxalın genişləndirilməsi hesabına xarici valyutaya tələb yüksələ bilər;
4.Enerji məhsulları ümumi ixracatımızın 85 faizini formalaşdırdığı üçün manatın gələcək məzənnəsi daha çox neftin dünya bazar qiymətini necə dəyişməsindən asılı olacaq. Manat üçün bədbin proqnoz neftin bir barelinin qiymətinin 40 dollardan aşağı olması, orta proqnoz isə 60 dollar olmasıdır. 80 dollardan yüksək satıldığı halda neft manat üçün nikbin mənzərə formalaşdıra bilər. Neftin qiyməti ilə bağlı proqnoz vermək mümkün olmasa da əgər xarici müdaxilələr olmazsa, güman olunur ki, qiymət 50 dollat ətrafında stabilləşə bilər;
5.Apardığımız müzakirələr və görüşlər ondan xəbər verir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı yeni yol xəritəsi hazır olduqdan sonra manat bazasında artım müşahidə ediləcək. Manat bazasının genişləndirilməsi real sektorun inkişaf baxımdan vacib olmaqla yanaşı, xarici valyutalara da tələbi artıracaq və yenidən dolların məzənnəsi yüksələcək;
6.FED gələn ay uçot stavkasını artırarsa manata psixoloji təzyiq formalaşacaq və bu zaman inzibati metodlar zəifləyəcəyi halda dollar ölkəmizdə yenidən dəyər qazanmağa başlaya bilər;
7.Nəhayət, Mərkəzi Bank gec-tez liberal üzən məzənnə siyasətinə keçəcək və bu halda artıq baş bank deyil, valyuta bazarı kursun müəyyənləşdirilməsində aparıcı olacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi