27-05-2016 [14:47]
Hər bir problemi yaradan səbəblər olur. Səbəbləri də kateqoriyalara bölmək olar. Əsas səbəblər, ikinci, üçüncü və c. dərəcəli səbəblər.
Biz bu gün ölkənin bank sistemində getdikcə artmaqda olan problemli kreditlərin yaranması səbəblərindən və bu vəziyyətin aradan qaldırılmasının real ola biləcək yollarından bəhs edəcəyik. Problemli krediti yaradan əsas səbəblər hansılardır?
Araşdırmalar göstərir ki, bütün fors major halları istisna olunmaqla, problemli kreditlərin yaranmasının başlıca səbəbi, bankların kredit verdikləri müştərilər haqqında bilərəkdən və ya bilməyərəkdən kifayət qədər məlumat əldə etməmələridir. Yaranmış durumun səbəblərini araşdırılarkən bəlli olur ki, bizim banklar müştəriləri seçərkən heç onların barəsində ən adi informasiyaları da əldə etmək istəməyiblər. Müştəri cəlb edərkən bir qayda olaraq kəmiyyət göstəricilərinə üstünlük verilib, keyfiyyət göstəricilərinin olduğu isə tamamilə unudulubdur. Belə "müştəri seçiminin” nəticələri göz qabağındadır. Bu üsulla " kreditləşmə” bu gün bank sistemini çox ciddi problemlərlə üz-üzə qoyub.
Bankların tamahkarlığı və "kim daha çox kredit verərsə, o da daha çox qazanar” kimi ağılsız bir şüarla bir-biri ilə apardıqları yarışma, onların çoxunu çökdürmək həddinə gətirib çıxarıb. Bəzi nüfuzlu beynəlxalq maliyyə qurumları cari ilin sonuna banklardakı problemli kreditlərin 20-25%-ə qədər arta biləcəyini bəyan edirlər. Əslində bir çox banklar artıq bu həddi çoxdan keçdiklərini yaxşı bilirlər.
Sadəcə, gözləmə mövqeyi seçib, dövlətin onları bu bataqlıqdan nə vaxt və necə çıxaracağını gözləyirlər. Belə olan halda istər – istəməz bir sual yaranır. Əgər söhbət sonda gəlib dövlətin üzərinə çıxacaqsa, deməli dövlət bankların fəaliyyətini tam nəzarətdə saxlamağa və vurduqları zərərə görə onların məsuliyyətini qanunla müəyyən etməyə borcludur. Necə ki, dövlət bunu ona zərər vuran başqa müəssisələr və vətəndaşlara münasibətdə edir.
Cinayət Məcəlləsi ilə dövlətə vurulan zərərə görə hər bir müəssisə və vətəndaş cinayət məsuliyyətinə cəlb edildiyi kimi, bank da öz yanlış hərəkətləri nəticəsində dövlətə vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb edilməlidir.
Bu gün bankların fəaliyyətində nəticə etibarılə dövlətə zərər vuran əməllərin geniş kök salmasının əsas səbəbi də belə əməllərə görə onların məsuliyyətinin hüquqi müstəvidə konkret qoyulmamasıdır. Bank krediti kimə gəldi paylayıraq onun geriyə ödənişini təmin edə bilmir, nəticə etibarilə əhalidən və müəssisələrdən cəlb etdiyi əmanətləri qaytarmaqda çətinliklərlə üz-üzə qalır. Belə olduqda o müflis olmaq həddinə çatır. Bu məqamda yeganə xilas yolu isə dövlət dəstəyi olur. Digər tərəfdən bank əhalinin, mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatların sərbəst vəsaitlərini cəlb edib, onları başqa ehtiyacı olan tərəflərə kredit kimi satmaqla qazanc əldə edən bir təşkilatdır. Bundan başqa, o, eyni zamanda əhali və müəssisələr üçün müxtəlif hesablaşmaları aparmaqla və onlara digər xidmətlər göstərməklə mənfəət əldə edir. Deməli hüquqları dövlət tərəfindən qorunan vətəndaşlara və müəssisələrə xidmət göstərən bank, öz fəaliyyəti ilə dövlətə zərər vurursa o qanun qarşısında cavab verməlidir. Nə qədər ki, biz bankların məsuliyyətini bu səviyyədə qoymamışıq, onların "daha çox qazanmaq hərisliyi” nə soykənən özfəaliyyəti davam edəcək və belə fəaliyyət nəticəsində yaranacaq borcları sonda dövlət ödəməli olacaqdır.
Fikrət Yusifov,
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
iqtisad elmləri doktoru, professor
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi