Son qiymət artımları enerji sektorunda yeni böhrana gətirib çıxara bilər

img

06-04-2010 [06:19]


Aprelin 5-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,75 dollar və ya 2,1 faiz artaraq 1 barelə görə 86,62 dollar təşkil edib. ICE London qitələrarası birjasında isə mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,87 dollar artaraq 85,88 dollar olub. Neftin bahalaşmasına səbəb kimi ABŞ-ın əmək bazarındakı müsbət xəbərlər göstərilir. Qeyd edilir ki, mart ayında ölkə iqtisadiyyatında (aqrar sahə istisna olmaqla) iş yerlərinin sayı 162 min artıb. Diqqəti çəkən isə əvvəllər bədbin proqnozlar verən ekspertlərin son aylar neftin qiymətində müşahidə olunan bahalaşma tendensiyasına əsaslanaraq ?qara qızıl?ın qiymətinin artacağına dair qənaətlərə gəlmələridir. Neft bazarının tanınmış analitiki Stefan Şork neftin barelinin qiymətinin iyulun əvvəlində 110 dollara qalxa biləcəyini söyləyib. ?Qiymətlərin 95 dollara çatacağı ehtimalı yüksəkdir. Daha sonra iyunun sonu neftin bareli 110 dollara yüksələ bilər?, - deyə Şork Bloomberg agentliyinə bildirib. Ekspert eyni zamanda xəbərdarlıq edib ki, qiymətlər110 dollar həddinə çatdıqda təlabat azalacaq. Qeyd edək ki, hazırda dünya bazarlarına neftin bareli 86 dolları ötüb. Xatırladaq ki, 2008-ci ilin iyul ayında neft tarixində ən yüksək həddə - 140 dollara kimi bahalaşmışdı. Həmin ilin sonunda artıq bu xammal 40 dollara kimi ucuzlaşmışdı. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov bildirir ki, son zamanlar neftin qiymətində müşahidə edilən bahalaşma Avropa Birliyinin bir sıra ölkələrində qeydə alınan iqtisadi artımla bağlıdır: ?Bu ölkələrdə müşahidə edilən artım neftə tələbatın artmasına gətirib çıxarıb ki, bu da neftin qiymətinin 85 dollara qədər yüksəlməsinə səbəb olub. Son illər neftin qiymətində baş vermiş artımlarla müqayisədə hazırda müşahidə olunan bahalaşmanın fərqli xüsusiyyəti odur ki, neftin qiymətinin artması dolların məzənnəsinin aşağı düşməsi ilə bağlı deyil. Eyni zamanda neftin qiyməti artsa da dolların məzənnəsinin düşməsi müşahidə edilmir?. Ekspert deyir ki, neftin qiymətindəki artımlar hər hansı məzənnə dəyişməsi ilə əlaqələndirilə bilməz. Onun sözlərinə görə, qiymət artımları real qiymət artımları deyil: ?Neftin qiymətindəki bu bahalaşma daha çox spekulyativ amillərlə bağlıdır. Çünki, Avropa Birliyi ölkələrində neftə tələbatın artması ilə yanaşı Virciniya ştatında neft hasilatının həyata keçirilməsi ilə bağlı Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın verdiyi qərar, eləcə də digər ştatlarda da neft hasilatına başlanılması ilə əlaqədar konkret vaxtın göstərilməsi ondan xəbər verir ki, neftin qiymətinin artması ilə paralel hasilatın da artması müşahidə edilir. Son vaxtlar Səuduyyə Ərəbistanı və Rusiyada da neft hasilatı artıb. Neft hasilartının artması fonunda ?qara qızıl?ın bahalaşması daha çox spekulyativ xarakter daşıyır?. Məlum olur ki, heç də Avropa Birliyinə üzv olan bütün ölkələrdə neftə olan tələbat artmayıb. Avro zonanın bəzi dövlətlərində -Yunanıstan, İslandiya və diğər ölkələrdə müşahidə edilən böhran nəticəsində neftə tələbatın azalması müşahidə olunub: ?O baxımdan indiki qiymət artımlarını spekulyativ hesab etmək olar. Əslində inkişaf etmiş ölkələr eləcə də OPEK üçün neftin qiymətinin 70-80 dollar civarında olması arzuolunandır. Bu interval inkişaf etmiş ölkələr və OPEK üçün ?qızıl orta? kimi qəbul edilir?. Ekspert hesab edir ki, neftin qiymətində artımlar davam etsə də belə prosesin uzunmüddətli olacağı proqnozlaşdırılmır: ?Çünki, neftin qiymətinin uzunmüddətli artması üçün neftə tələbatın kəskin artması, o cümlədən dünyanın maliyyə böhranından qurtulması lazımdır. Hələlik böhran davam etməkdədir. Xüsusən Amerikada neftə tələbatın kəskin artması müşahidə olunmur. Nəzərə alsaq ki, dünyada istehlak olunan neftin 30 faizi Amerika Birləşmiş Ştatlarının payına düşür. Bu isə o deməkdir ki, gündəlik satılan 100 barel neftin 30 bareli həmin dövlət tərəfindən alınır. Amerika Birləşmiş Ştatlarında neftə tələbatın artmadığı halda dünya bazarında qiymət artımlarının baş verməsi spekulyativ faktorlarla əlaqələndirilir. Hətta Rusiya, İranda müəyyən narazılıqlar yaranıb ki, neftin son qiymət artımları spekulyativ şəkildə davam etsə, bu sonradan yeni enerji böhranının yaranmasına, eyni zamanda ?qara qızıl?ın qiymətinin düşməsinə ghətirib çıxaracaq?. Neft birjalarında baş verən bahalaşmanın Azərbaycana təsirlərinə gəlincə, V.Bayramov artımların ölkə üçün uğurlu olduğunu deyir: ?Dövlət büdcəsinin gəlirlərinin 70 faizi neft gəlirlərinin payına düşür. Büdcədə neftin barelinin 45 dollardan götürülməsi, neftin re4al qiymətinin bundan 2 dəfəyə yaxın artıq olması büdcəyə daha çox vəsaitlərin cəlb edilməsinə imkan verir. Yəni bu, 2010-cu il üçün planlaşdırılan həm investisiya, həm də digər layihələrin icrasında problemlər yaşanmamasına gətirib çıxaracaq. Eyni zamanda artımlar büdcəyə yenidən baxılması, gəlir və xərclər hissəsinin artırılmasına imkan verə bilər. Bununla yanaşı neftin dünya bazar qiymətindəki artımlar Azərbaycana idxal edilən məhsulların qiymətini artıra da bilər?. V.Bayramov bildirir, neftin qiymətindəki bahalaşma neft sektorundan bücəyə ödənilən əlavə dəyər vergisinin həcmini atıracaq: ?Sadəcə Azərbaycan iqtisadiyyatı aspektindən arzuolunmayan hal oduk ki, neftin qi ymət artımlarından sonra ?qara qızıl?ın kəskin kəskin ucuzlaşması müşahidə ediləcək. O halda bu Azərbaycan və neft istehsal edən ölkələrin iqtisadiyatları üçün neqativ nəticələrə gətirib çıxaracaq?. Mütəxəssis hesab edir ki, hazırkı qiymət artımlarına müəyyən qədər ehtiyatla yanaşılmalıdır: ?Neftin qiyməti 110 dollara qədər yüksələrsə, enerji sektorunda yeni böhranın yaranmasına səbəb olacaq. Bu isə dünya iqtisadiyyatına kifayət qədər neqativ təsirlərlə nəticələnəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA