26-05-2016 [10:14]
İqtisadçı-alim Qudad İbadoğlu Azərbaycan banklarının vəziyyətdən çıxış yolları ilə bağlı təkliflər irəli sürüb.
Mia.az xəbər verir ki, ekspert həmin təklifləri Milli Məclis, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Banklar Assosiasiyası və AMFA-ya kommersiya banklarına və bank olmayan kredit təşkilatlarına ünvanlayıb.
Sözügedən qurumlar üçün nəzərdə tutulan ayrı-ayrı bəndlərdən ibarət olan təklifər aşağıdakılardır:
Milli Məclisə və Mərkəzi Banka:
1. Fiziki şəxslərin iflası haqqında Qanun qəbul olunmaldır ki, onların həm borclarını qaytara bilmədiyi halda həyat şəraiti pisləşməsin, həm də onların borc bazarında yenidən iştirakına müəyyən məhdudiyyət yaradılsın.
2.Hüquqi şəxslərin müflisləşməsi haqqında qanunda nəzərdə tutulan prosedurlar sadələşdirilməlidir.
3.Müvafiq qanunvericilikdə dəyişiklik edilməklə kredit ombusmanın yaradılması və fəaliyyətinə dair hüquqi əsaslar yaradılmalıdır.
4.Problemli kreditlər agentliyi yaradılmalı və problemli kredit portfelinin satılması üçün qaydalar formalaşdırılmaldır.
5.Sığortalananan əmanətlərin dərəcələri manatla 12 faizdən 15 faizə, valyuta ilə 3 faizdən 5 faizə qaldırılmaldır.
6.Devalvasiya nəticəsində məzənnə fərqindən yaranan itki banklar, müştərilər və dövlət arasında bərabər paylaşdırılmaldır.
Mərkəzi Banka:
1.Borcunu vaxtı vaxtında ödəyən vətəndaşlar üçün yenidən maliyyələşdirmə imkanı yaradılmalıdır. Konkret olaraq hansı həddə və faizdə borcu olanların kreditlərinin faiz həddini nə qədər aşağı salmağı, müddəti nə qədər artırmağı göstərən qaydalar müəyyən edilməlidir.
2.Müştərilərin, əsasən də aztəminatlı ailələrin aylıq kredit ödəmələrinin onların gəlirlərinin 1/3 səviyyəsində məhdudlaşdırılmalıdır.
3.Antikollektor şirkətlərinin müştərilərə kömək etməsinə şərait yaradılmalıdır. Müştərilər öz hüquqlarını qoruya bilməli və onlara kömək edən təşkilatlardan yararlanmalıdır.
4.Bankdan kredit alanların aktivləri yenidən dəyərləndirilməlidir, buna uyğun olaraq mövcud kredit şərtlərinə yenidən baxılmaldır. Bu zaman potensial risklər haqqında məlumat şəffaf şəkildə müştəriyə bildirilməlidir. Müştərilərin kredit reyestri yeni risklərin müəyyənləşdirilməsində banklara kömək etməli və müştərilərin kredit balı sistemi yaradılmalıdır.
5.İş yerini itirdiyinə görə kredit borcunu ödəyə bilməyənlərə kreditin məbləğindən asılı olaraq 1 ildən 3 ilədək əlavə vaxt verilməlidir ki, onlar da iş axtarıb tapandan sonra kreditlərini qaytara bilsinlər.
6.Yüksək riskli kreditlərin verilmə prosesi dayandırılmalı və belə hallara yol vermiş bankların itkiləri kompensasiya edilməməlidir.
Bankların kapitallaşma dərəcəsi artırılmalı ve Basel III prinsiplərindən nəzərdə tutulandan azı 2 dəfə çox olmalıdır.
Maliyyə Bazarlarına Nəzarət Palatasına:
Valyuta ilə kreditlərin aşağıdakı kategoriyalı seqmentlərə verilsin:
1. İxrac edən və valyuta gəlirlərı olan şirkətlərə;
2.İstehsal avadanlıqlarının idxalı ilə məşğul olan şirkətlərə (Bu zaman verilən kreditlər kredit göturənə deyil, birbaşa avadanlıq istehsalçısına ödənilsin);
3.Gündəlik istehlak mallarının (geyim, qida və s.) idxalı üçün verilən xarici valyuta ilə kreditlərlər idxalçıların valyuta gəlirləri/reservləri arasında əlaqə formalaşdırılsın.
4.Bir fiziki/hüquqi şəxsə böyük məbləğdə əsaslandırılmamış valyuta satışı məhdudlaşdırılsın. Əgər hər hansı bir fiziki və ya hüquqi şəxs kontrakt (avadanlığın alınması və ya digər malların idxalı məqsədilə) üzrə ödəniş həyata keçirmirsə böyük məbləğdə valyuta əldə edə bilməz.
5.Xaricdən cəlb edilən kredit faizlerinə maksimum hədd qoyulsun. Yəni hər hansı bir bank xaricdən kredit cəlb edərsə müəyyən faiz dərəcəsindən yuxarı faizlə kredit celb edə bilməz. Maksimum həddin müəyyən edilməsi isə ölkənin və bankın reytinqi ilə əlaqələndirılməlidir.
6.Yerli bankların səhmlərinin müəyyən bir qismi (məsələn 20 faizə qədəri) xarici investorlara satılsın;
7.Orta və kiçik biznesə (OKB) uzunmüddətli kreditlərin verilməsi stimullaşdırılsın;
8.Sosial yönümlü orta və kiçik biznes üçün uzunmüddətli kreditlərin maliyyələşdirilməsi üçün xarici kreditlər cəlb edilsin və bu kreditlərə dövlət təminatı verilsin. Bu kreditlər heç bir halda ticarət və ya istehlaka yönəldilməməlidir və yalnız istehsal məqsədli olmalıdır.
Banklar Assosiasiyasına, AMFA-ya, kommersiya banklarına və bank olmayan kredit təşkilatlarına:
1.Valyuta ilə olan borclara devalvasiyalardan asılı olaraq fərqli və differensial yanaşılsın. Birinci devalvasiya nəticəsində itkilərə məruz qalanlara daha çox güzəştlər tətbiq olunsun. Birinci devalvasiyaya uyğun olaraq 1.05 manat=1 dollar məzənnəsi ilə ödənişə razılaşan müştərilərə həm ödəniş müddətində və həm də faiz dərəcəsində endirim edilsin.
2.Müştərilər krediti tam olaraq əvvəlcədən bağlayırsa, o zaman götürdüyü kreditin müddətindən (21 fevraldan əvvəl və sonra) asılı olaraq qalıq məbləğinə orta hesabla 20 faiz həcmində güzəştlər tətbiq edilsin.
3.Vaxtı keçmiş borclarını bağlayan müştərilər əlavə faiz və cərimə ödənişlərindən azad edilsin.
4.Yeni məzənnə ilə valyuta kreditlərini ödəyən müştərilərə kreditin məbləğindən asılı olaraq 15-25 faiz arasında mükafat təyin edilsin.
5.Borcunun yarısından az hissəsi qalan müştərilərə qalıq məbləğini manata çevirmək imkanları yaradılsın.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi