SOCAR-ın Cenevrədəki ofisi fəaliyyətini dayandırdı - Səfirdən açıqlama

img

25-05-2016 [10:47]


SOCAR-ın Cenevrədəki ofisi fəaliyyətini dayandırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə İsveçrənin rusdilli "Nasha Gazeta" nəşrinə müsahibəsində səfir Əkrəm Zeynallı deyib.

"Dünya bazarında neftin üç dəfəyədək ucuzlaşmasından sonra SOCAR xərclərinin optimallaşdırılmasını və bəzi struktur bölmələrinin restrukturizasiyasını nəzərdən keçirib. Beləliklə, SOCAR-ın xarici ölkələrdəki nümayəndəliklərinin fəaliyyətinə də yenidən baxılmalı oldu. SOCAR İsveçrədə üç müxtəlif strukturla təmsil olunmuşdu - bu ölkədəki rəsmi nümayəndəliklə, "SOCAR Trading" və "SOCAR Energy Switzerland". Verilən qərara əsasən, SOCAR-ın Cenevrədəki nümayəndəliyi fəaliyyətini dayandırdı", - deyə diplomat qeyd edib.

Səfir qeyd edib ki, SOCAR İsveçrədə fəaliyyətə başlayan zaman ictimaiyyət onun perspektivlərinə skeptik yanaşıb: "Lakin hazırda SOCAR rəqabətqabiliyyətli bir şrikətə çevrilib və müştərilər ondan razıdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA