"Manat ona görə möhkəmlənir ki..." - Elman Rüstəmov

img

24-05-2016 [20:25]


"Azərbaycan Mərkəzi Bankı (AMB) manatın dollara nisbətdə məzənnəsinin nizamlanmasına müdaxilə etmir".

Mia.az AzNews.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, AMB üzən məzənnənin tətbiqi siyasətinə sadiq qalır: "Gördüyünüz kimi, bu gün Azərbaycan manatı möhkəmlənməkdə davam edir. Bu da ondan xəbər verir ki, Mərkəzi Bank manatın məzənnəsinə təsir göstərmir. Bu gün manatın məzənnəsi valyuta bazarındakı tələb və təklif, həmçinin daxili və xarici fundamental faktorlar əsasında formalaşır". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA