Hökumət qərar verdi: Banklardan 2 min manat rüsum alınacaq

img

20-05-2016 [17:24]


Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bankların və bank olmayan kredit təşkilatlarının Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımlarının məbləğini təsdiq edib.
Qərara əsasən bankların və bank olmayan kredit təşkilatlarının Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə 2 min manat məbləğində gömrük yığımı alınacaq.
Bankların və bank olmayan kredit təşkilatlarının Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımlarının hesablanması Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən bankların və bank olmayan kredit təşkilatlarının reyestrə daxil edilməsi haqqında qərar qəbul edildiyi gün qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir. Bankların və bank olmayan kredit təşkilatlarının Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımları qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA