Satızdan saxta ərzaq məhsulları, içkilər, tilinti materialları çıxarılıb

img

05-04-2010 [05:30]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, monitorinq zamanı Nəsimi rayonunda M.Qaşqay küçəsi, 5 ünvanında yerləşən Fəridə Məmmədovaya məxsus mağazada, M.Qaşqay küçəsi, 23 ünvanında ?Profit est? MMC-yə məxsus mağazada, Salatın Əsgərova küçəsi, ev 172, mənzil 4 ünvanında Vaqif Əliyevə məxsus mağazada, 20 yanvar küçəsi, ev 39, mənzil 1 ünvanında yerləşən ?Meçta market?də, 9-cu mikrorayon, M.Cəlal küçəsi, ev 58, mənzil 1 ünvanında ?Vaqif market?də, 4-cü mikrorayon, M.Cəlal küçəsi, ev 62, mənzil 1 ünvanında ?Aysun market?də, 4-cü mikrorayon, M.Cəlal küçəsi, ev 18 A ünvanında yerləşən ?Lənkəran market?də, Binəqədi rayonunda Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllədə Ramil Səbzəliyevə məxsus mağazada, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllədə Şahriyyar Şükürova məxsus ərzaq mağazasında, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə, B2 ev ünvanında İsgəndər Əliyevə məxsus marketdə, M.Cəlal küçəsi, 127 ünvanında Zaur Vəliyevə məxsus mini marketdə, Qusar rayonunda Sabir küçəsində Nigar Nurməmmədovaya məxsus mağazada, Goranboy rayonu Dəliməmmədli şəhəri, Gəncə-Qazax şosesində Rəhman Orucova məxsus ərzaq mağazasında ümumi çəkisi 244 kiloqrama yaxın saxlama müddəti ötmüş, normativ texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq məhsulları, o cümlədən qənnadı məhsulları, kolbasa, un və un məmulatları, süd və süd məhsulları, bal, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Bundan başqa, Dövlət Xidməti tərəfindən tikinti materialları bazarında aparılan nəzarət tədbirləri zamanı Gəncə şəhəri, Sadıllı qəsəbəsi, 2 nömrəli Kəpəz Kolxoz Bazarı ətrafında Gözəl İsmayılovaya məxsus mağazada 5,4 ton normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan sement aşkar edilərək satışdan çıxarılıb. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA