"Prosesə başlayacağımız günü gözləyirik” - Nazir

img

19-05-2016 [15:01]


Bu il taxıl istehsalında keçən ilə nisbətən bir neçə faiz artım gözlənilir.

Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bu il taxıl istehsalı üçün çox əlverişli ildir. Fövqəladə hallar baş verməsə keçən ilə nisbətən artıq məhsul əldə edəcəyik.

"Biz biçinə tam hazırıq, dislokasiya hazırdır, kombaynlarımız tam təmir olunub, "Aqrolizinq”in bütün heyəti artıq yerlərdədir. Prosesə başlayacağımız günü gözləyirik”, - deyə Heydər Əsədov bildirib(Azertac).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA