Vuqar Bayramov bank kredit faizləri ilə bağlı ?kredit tavanı? müəyyənləzdirilməsini təklif edir

img

05-04-2010 [03:45]


Ölkədə yenə də kredit böhranı yaranıb. Belə ki, əksər banklar kreditləşməni dayandırıblar. Səbəb isə bankların kredit portfelində problemli kreditlərin həcminin artmasıdır. Nəzərə alsaq ki, bankların əsas fəaliyyətləri kredit siyasəti üzərində qurulub, kreditlərin qaytarılmaması banklarda likvidlik probleminin dərinləşməsinə gətirib çıxarıb. Hazırda kommersiya qurumları çox dar çərçivədə - yalnız tanışlıq və ya tapşırıq əsasında kredit verirlər. Bu zaman kredit faizləri həddən artıq yüksək olur. Yəni Mərkəzi Bankın faiz dərəcəsinin 2 faiz olmasına baxmayaraq kommersiya banklarının təklif etdikləri istehlak və digər kreditlərin orta faiz dərəcəsi 20 faizdən artıq təşkil edir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov bildirir ki, problemli kreditlər məsələsi kommersiya banklarını əsas problemlərindəndir. İstehlak kreditlərinin qaytarılmasında müşahidə edilən problemlər və yubanmalar sadəcə bu kreditlərdən istifadə edən vətəndaşların ödəmə qabiliyyətinin azalması ilə deyil, eyni zamanda kommersiya banklarının uzun müddət kifayət qədər bahali kredit siyasəti həyata keçirməsi ilə bağlıdır: ?Qlobal maliyyə böhranından öncə kommersiya banklarının təklif etdikləri kreditlər üzrə faiz dərəcələrinin səviyyəsi heç bir iqtisadi qanunla izah edilə bilməzdi. Qərb ölkələrindən orta hesabla 8 faizlə kredit cəlb edən yerli kommersiya bankları həmin vəsaitləri 24 faizlə təklif edirdi. Hətta bu faiz dərəcələri böhran öncəsi 30 faizi də arxada qoymuşdu. Kommersiya banklarının şişirdilmiş gəlir qazanmaq istəyi Azərbaycanda qlobal maliyyə böhranın təsirlərinin bankların bütün qurumlarından daha tez hiss etməsinə səbəb oldu?. İqtisadçının fikrincə, kreditləri paylanlaşdıran zaman kommersiya banklarının onun qaytarılması mexanizlərini və mümkünlyünü əvvəlcədən görmələri vacibdir. V.Bayramov hesab edir ki, bahalı kredit siyasəti dayanıqlı ola bilməz və bu sadəcə qısa müddətli dövrdə səmərəlidir: ?Aydındır ki, kommersiya banklarının likvidliyi aşağıdır və onların maliyyə resurslarına ciddi ehtiyacı var. Maliyyə resurslarının cəlb edilməsində də problemlər var: xarici maliyyə mənbələri məhduddur, əmanətlərin həcmin ciddi artımlar yoxdur və istehlak kreditlərinin faizlərinin və ümumən kreditlərin özünün geri qaytarılmasında problemlər dərinləşir. Bununla belə, bu heç də kommersiya banklarının ?izafi gəlir? əldə etməyə istiqamətləndirməməlidir?. V.Bayramovun fikrincə, kommersiya banklarında yeni böhranın yaranmasının qarşısının alınması üçün Mərkəzi Bankın bir sıra tədbirlər həyata keçirməlidir:?Təbii ki, liberal iqtisadiyyat kommersiya banklarının kredit faizlərinə inizibati müdaxiləni məqbul hesab etmir. Bununla belə, nəzərə almaq lazımdır ki, qlobal maliyyə böhranı hətta Avropanın liberal ölkələrinin də iqtisadi siyasətinə korrektələr etməsinə səbəb olub. Bu baxımdan Mərkəzin Bankın faiz dərəcəsi ilə kredit faizlərinin səviyyəsi arasında əlaqə heç də bazar iqtisadiyyatının fundamental dəyərlərinə zidd hesab edilməməlidir. Bununla yanaşı, belə əlaqə tətbiqi qısa müddətli dövr əhatə etməlidir və uzun müddətli olmamalıdır. Eyni zamanda kredit faizlərinin tənzimlənməsi həyata keçirilərsə, kommersiya banklarında ?qara kredit bazarının? yaradılmasının qarşısının alınması üçün MB-nin banklara nəzarəti gücləndirməlidir?. V.Bayramov deyir ki, burada sadəcə söhbət ?kredit tavanın? müəyyənləşdirilməsindən gedir və bu heç də kredit faizlərinin inzibati yol ilə konkretləşdirilməsi deyil. Həmin tavan daxilində kommersiya bankları kredit faizlərini sərbəst şəkildə müəyyənləşdirə bilirlər. O həmçinin bəzi kommersiya banklarında kreditlər təklif edilən zaman ?qeyri-leqal ödənişlərinə? qarşı mübarizənin gücləndirilməsini təklif edir: ?Kreditlərin bölgüsü şəffaf deyil, institutsional monitorinq imkanları zəifdir. Bu isə kreditlərinin real sektoru ?bahalaşdırmasına? səbəb olur və eyni zamanda heç də kredit almaq istəyən bütün vətəndaşların kreditlərə çıxış imkanları olmur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA