Sahibkarlığa Kömək Milli Fonduna sahibkarlardan ərzaq təminatı ilə bağlı layihələrin maliyyələzdirilməsinə dair 16 təklif daxil olub

img

03-04-2010 [02:17]


Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş ?2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı?na uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu yanvar ayında uşaq qidası istehsalının təşkili, südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin yaradılması, müasir standartla cavab verən kiçik və ya orta həcmli üzüm emalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulunu elan edib. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, təkliflərin qəbul olunduğu 1 aprel 2010-cu il saat 18.00-dək sahibkarlıq subyektləri tərəfindən Sahibkarlığa Kömək Milli Fonduna uşaq qidası istehsalının təşkil olunması üzrə 3 (Abşeron iqtisadi rayonu üzrə ), südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin yaradılması üzrə 8 (Aran iqtisadi rayonu üzrə 6, Gəncə-Qazax iqtisadi rayonu üzrə 1, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 1), müasir standartlara cavab verən kiçik və ya orta həcmli üzüm emalı müəssisələrinin yaradılması üzrə 5 (Aran iqtisadi rayonu üzrə 2, Gəncə-Qazax iqtisadi rayonu üzrə 1, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 1, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 1), ümumilikdə isə 16 təklif daxil olub. Aprelin 3-də Sahibkarlığa Kömək Milli Fonduna təqdim edilmiş təklif zərfləri sahibkarların, müvəkkil kredit təşkilatlarının və kütləvi informasiya vasitələrinin iştirakı ilə açılıb. Fondun icraçı direktoru Şirzad Abdullayev investisiya təkliflərinin ?Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları?na uyğun olaraq araşdırılacağını və aprelin 15-də Fond tərəfindən sahibkarların və KİV nümayəndələrinin iştirakı ilə güzəştli qaydada maliyyələşdiriləcək layihələrin elan ediləcəyini bildirib. Qeyd edilib ki, investisiya layihələrinin ən azı 30%-i sahibkarların vəsaiti, qalan hissəsi isə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bununla belə, investisiya layihələrinin reallaşdırılmasında Azərbaycan İnvestisiya Şirkəti və onun törəmə şirkətlərinin payçı qismində iştirakı da mümkündür. Bu istiqamətdə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini qeyd edən Şirzad Abdullayev həyata keçiriləcək layihələrin regionların inkişafında əhəmiyyətli olacağını vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA