Azərbaycan Rusiyadan qaz istədi - Rövnəq Abdullayev açıqladı

img

11-05-2016 [17:54]


"SOCAR təbii qazın alınması məqsədilə Rusiyanın "Qazprom" şirkətinə müraciət edib və 3-5 milyard kubmetr həcmində qaz almaq niyyətindədir".

Bunu jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

"İlkin olaraq, 3-5 milyard kubmetr həcmində qaz ala bilərik. Təklifimizi vermişik, qarşı tərəfdən cavab gözləyirik. Bizə, əsasən, texniki qaz lazımdır ki, bu da yataqlara vurulur. Əlavə həcmdə qaz bizə imkan verir ki, qaz anbarlarımızın imkanlarını genişləndirək. Bizim qaz anbarının tutumu 5 milyard kubmetrdən çoxdur, lakin hələlik ora 3,5 milyard kubmetr qaz vurmuşuq. İstərdik ki, milyard yarım əlavə qaz vuraq və anbarların tutumunu test edək", - deyə, R. Abdullayev qeyd edib(Azertac).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA