11-05-2016 [12:21]
Sabir Rüstəmxanlı
Bakıda, Füzuli küçəsində bir Dərman evi - aptek var. Almaniyadan gətirilən tibb ləvazimatının satıldığı yerdir. Sahibi kimdir? - bilmirəm. Hər kimdirsə, sağ olsun, zəhmət çəkib, saxta ilacların bazarı bağlansın deyə, Almaniyadan, keyfiyyəti şübhə doğurmayan dərmanlar gətirib satdırır. Amma...
Məsələ elə bu əmmadadır! Bir gün həkimlərin məsləhət gördüyü üç-dörd dərman üçün (təzyiq və xolesterinə qarşı) müraciət elədim onlara. Qiyməti eşidəndə heyrətə gəldim. 250 manat civarında bir rəqəm dedilər. Təcrübəsiz olsam, almaqdan başqa çarəm qalmayacaqdı. Ancaq bu dərmanları Türkiyədən də almışdım. Nə az, nə çox, ən azi 10 dəfə ucuz... "Bu, nə qiymətdir, kim qoyub bu qiyməti?” - soruşanda, "axı bu alman malıdır, keyfiyyətlidir!" - dedilər.
Ordan çıxıb, öz apteklərimizdən birinə getdim və eyni dərmanları 26 manata aldım.
Bu yaxınlarda başqa bir təzyiq dərmanının bir qutusu üçün yenə o alman dərmanxanasında 103 manat ödəyəsi oldum. Alternativ olmayanda əlacsız qalırsan.
Bu gün İstanbulda həmin təzyiq dərmanının bir qutusunu 12 türk lirəsinə aldım, yəni 3 manata!.. Yəni Bakıda satılandan 34 dəfə ucuz! Almaniyadan Bakıya gətiriləndən heç bir fərqi yoxdur. Eyni firma, eyni tərkib! İndi görün "Avropa keyfiyyəti” adı altında milləti soyan bu növ alverçilərdə zərrə qədər insaf, mürvət, şərəf və ləyaqət var, yoxsa yox?
Keyfiyyət məsələsini buraxaq həkimlərin öhdəsinə. Əvvəla, mən Türkiyə iş adamlarının və əczaçılarının öz xalqlarına sevgisinin almanların öz millətlərinə sevgisindən az olduğunu düşünmürəm. Türkiyə texnologiyası da bu gün Avropa texnologiyasından az fərqlənir. Belə olan halda Almaniyadan gətirilib Bakıda satılan dərmanla Türkiyədəki dərman arasındakı bu fərqə nə ad vermək olar? İki-üç qat baha olsa, başa düşmək olar. Yol var, gömrük var, - deyərsən. Hərçənd ki, onların da xərci bu qədər fərq yarada bilməz. Fərqi yaradan doğmalarını xilas üçün ev-eşiyindən çıxmağa hazır olan bu milləti avam sayan, əslində isə özləri nəfs cəhalətində boğulan insanlardır. Bu qədər olmaz! İki qat, üç qat bahasına sat! Yoxsa on, iyirmi qat nə deməkdir!
Xəstələrin canından qoparılan bu gəliri necə yemək və balalarına yedizdirmək olar? Təəssüf ki, bu fantastik qiymət "siyasəti” təkcə dərmana aid deyil. Özəl bölümdəki qiymət özbaşınalığı milləti boğaza yığıb. Xalqın əlindəki qəpik-quruşunu bu cür vicdansızcasına qoparıb almaq günahdır, insanlığa yaraşmaz, desəm az olar; bu, bir cinayətdir! Avropadan, ABŞ-dan dərman gətirmək yaxşı işdir, lakin gələn malların maya dəyərini və o ölkələrdəki ikin qiymətini bilməyən alıcının məlumatsızlığından istifadə edib onu soymaq olmaz!
Yeri gəlmişkən deyim ki, millətin həssaslığı, qüruru, mərhəməti ilə oynamaq məsələsi təkcə apteklərə aid deyil. İkili standart hər yerə kök atıb. Şadlıq sarayına girirsən, verilən cavablar eynidir: Qonağını ləyaqətlə yola salmaq, keyfiyyətli yemək vermək istəyirsənsə, stolun biri 100 manat! Daha bahalıları da var...
Adam qalır boğula-boğula. Əlbəttə, qonağını hər kəs ləyaqətlə qarşılamaq istəyir. Ancaq kim deyir ki, qiymətin 50 manata düşməsi ləyaqətlə bağlı bir məsələdir? Yaxud kim norma qoyub ki, qiymət 60-70 manat olanda yeməklər keyfiyyətsiz olmalıdır? Bu nə saymazyanalıq və vəhşilik bazarıdır? Bu toyxanaların başında kim dayanır?
"Ay Allah bəndəsi, mənim qonağımın o qədər yemək imkanı yoxdur, qonaq dəyirman deyil ki, iki-üç saata 100 manatlıq yemək üyütsün, mənim masalarımı o qədər yükləmə!" "Yox! Olmaz! Bizə tapşırıq belədir!”
Kim verib bu soyğunçuluq göstərişini, milləti hər məclisdə yemək torbasına döndərmək tapşırığını? Hər şeyin bir əndazəsi var. Yemək-içmək də bir ədəb, ölçü, öz sağlamlığını qorumaq işidir. Bəlkə elə bu toyxana israfçılığı da milləti növ-növ xəstəliklərə düçar edib "alman apteklərinə” möhtac etmək, toyxanalardan qoruya bildiklərini də orda əlindən almaq siyasətidir?!
Hər nə isə, bu işlər düz getmir. Bütün bunların arxasında xalqa sayğısızlıq, onu adam yerinə qoymamaq, əlindəkini alıb, onu dövlətdən, cəmiyyətdən, öz taleyindən küsdürmək meyli dayanır. Xalqı dirigözlü bir ehtiyac tonqalında yandırıb bu oda əllərini qızdıranlar bir gün elə həmin odda yana biləcəklərini düşünmürlər!
Adət-ənənə, vərdiş adına lazımsız bəhsəbəhs oyunlarında gözütox, ruhu yüksək bir milləti qarınotaran, maddiyyətçi, yeyib-içib bir-birinə tərif deməkdən başqa işi olmayan bir kütləyə çevirmək də düşmənçiliyin bir ayrı formasıdır. Bir xalqın toyunu, yasını da öz qazanc imkanına çevirənlər, çarəsizlikdən boğazı əllərinə keçən hər kəsin boğazını üzmək istəyənlər Allahdan qorxsunlar. Bu yolla qazanılan rahat yeyilə bilməz! İnsan oğlu bunu görə-görə gəlir...
Keyfiyyət adı altında "keyfiyyətli" soyğunçuluq durdurulmalıdır!
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib