11-05-2016 [11:29]
Seymur VERDİZADƏ
Psixoloq dostum bəzi kişilərin yad qadınlarla ünsiyyətə meylli olmasının səbəbini belə izah edir: "Yaxşı işi, bol qazancı, cəmiyyətdə nüfuzu olmayan adamlar təsəllini özgə qadınların ağuşunda tapırlar. Kişilər məşuqə saxlamağa çox vaxt özünütəsdiq metodu kimi yanaşırlar”.
Mən isə bu fikirlərlə heç cür razılaşa bilmirəm. Qışda palto yerinə pencək geyinən, köhnə ayaqqabısına ildə üç dəfə yamaq vurduran adam hansı pulla məşuqə saxlaya bilər? Axı, məşuqə bordaqda bəslənilən dana kimi daim qulluq tələb edir...
Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, oturub-durduğum, çörək kəsdiyim adamların hamısı özünə hörmət edən səviyyəli insanlardır. Buna baxmayaraq, əksər kişilərin sevimli mövzusu olan məşuqə söhbəti bəzən bizim məclislərə də yol tapır. Məclisə hərə öz dostunu gətirəndə, təkcə Putin və Ərdoğan deyil, hətta Obamanın özü də maraqsız persona kimi arxa plana keçir.
Təxminən bir ay əvvəl xəngəl mövsümünü qapatmaq üçün gürcü restoranına yığışanda, masanın arxasında səkkiz nəfər əyləşmişdi.
Tanışlarımızdan birinin mobil telefonuna aramsız zənglər gəlirdi. Dediyinə görə, bizi narahat etmək istəmədiyi üçün telefona cavab vermirdi. Axırda dözməyib dedim: "Bəlkə vacib sözləri var. Gör, nə deyirlər...”.
Halını da pozmadı: "Arvadımdır. Yəqin uşaq nəsə istəyir”.
Bu dəfə səsimin tonunu bir qədər qaldırdım: "Yekə kişisən, arvad-uşağın gözünü yolda qoyma”.
Üzrxahlıq edib, nömrəni yığdı. Söhbətə ara verdiyimiz üçün onun nə dediyini aydın eşidə bildik: "Gecənin bu vaxtı lahmacunu hardan alım? Mən evə gələnə kimi uşağı yatır”.
Arvadı ilə sağollaşmadan telefonu söndürdü.
Evlərimiz yaxın olduğu üçün məclis dağılanda biz onunla eyni maşına mindik. Yola düşməyə macal tapmamış onun telefonuna yenə zəng gəldi. Yanaşı əyləşdiyimiz üçün zəng edən qadının səsini aydın eşidə bildim: "Hardasan, aşkım?”.
Dodağının altında mızıldansa da, onun nə dediyi mənə aydın oldu: "Evə gedirəm”.
Qadın səsinə bir qədər naz qataraq, belə dedi: "Canikin ürəyi pizza istəyir. Bizə pizza al”.
Hava yağmurlu olsa da, metronun "Qara Qarayev” stansiyasına çatanda bizimlə sağollaşıb, maşından endi. Məşuqəsinin başqa kişidən olan oğluna pizza almağa tələsdiyindən bir andaca qaranlığa qarışıb yoxa çıxdı...
Bakıda yaşayan bir əsgər yoldaşım ötən il elə bu vaxtlar məni ata yurduna qonaq aparmışdı. Geri döndüyümüz gün Masallıya çatanda həyat yoldaşı ona zəng vurub, alça almağı xahiş etdi. Hazırda özəl şirkətlərin birində çalışan əsgər yoldaşım arvadının üstünə elə qışqırdı ki, onun yerinə mən qorxdum: "Camaat çörək dərdi çəkir, sən alça istəyirsən. Mənim alçaya verməyə pulum yoxdur”.
Təxminən 15-20 dəqiqə sonra, biz Cəlilabad rayonunun ərazisinə daxil olanda onun telefonuna yenə zəng gəldi. Ekrandakı nömrəyə nəzər salanda, birdən-birə üzü güldü: "Nurkadır”.
Məşuqəsi ilə bir qədər danışandan sonra "baş üstə, baş üstə”, - deyib, telefonu qapatdı. Biz çiyələk plantasiyasının yanından keçəndə maşını yolun kənarında saxlayıb, aşağı endi. Yan-yana düzülmüş vedrələrin üçünü seçib, arxa oturacaqda ayaq altına qoydu. Çiyələyin pulunu verəndə sevincdən gözləri işıldayırdı. Evlərində üç gün qonaq qalmağıma baxmayaraq, onu sancmaqdan özümü saxlaya bilmədim: "Arvadına bir kilo alça almağa canın çıxır, amma məşuqənə üç vedrə çiyələyi birdən alırsan...”.
Üzünə süni ifadə verib, hırıldamağa başladı: "Sən belə şeyləri bilməzsən, məşuqə şirin olur...”.
Bu hadisə mənə o qədər pis təsir elədi ki, elə həmin gün onunla əlaqəni kəsdim. Həyat yoldaşını məşuqəsinin ayağına verən adamdan dost çıxmaz.
Məşuqə saxlamağı ilə öyünən bir tanışım isə həmişə mənə "vızov” atır. Bir dəfə bu hərəkətini onun üzünə vuranda, cavabı belə oldu: "Uşaqlar böyüyüb, çatdıra bilmirəm”.
Bu yaxınlarda öyrənmişəm ki, özü dost-tanışa "vızov” atsa da, qeyri-qanuni yaşadığı qadının telefonuna həftədə üç dəfə kontur yükləyir.
Təcrübə göstərir ki, kənarda sevgilisi olan adamların heç də hamısı imkanlı deyil. Elə kişilər var ki, arvad-uşağının boğazından kəsib, məşuqələrinə pul xərcləyirlər. Əgər onlara kişi demək mümkündürsə...
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib