08-05-2016 [12:15]
Rövşən AĞAYEV, İqtisadçı
Ölkənin iqtisadi inkişafı ilə özəl sektorun kreditləşdirilməsi səviyyəsi arasında birbaşa düz əlaqə var: yüksək inkişafa malik ölkələrin hamısında özəl sektora verilən kreditlərin ÜDM-də payı yüksək, orta inkişaf səviyyəinə malik ölkələrdə orta, zəif inkişaf etmiş ölkələrdə isə aşağı olur.
Məsələn, Niderlandda 220%, Danimarkada 180%, Finlandiyada 165%, Almaniyada 140%, Böyük Britaniyada 140%, Fransada 135%, Avstraliyada 130%, Avstriyada 120%, Yaponiyada 110%, ABŞ-da 80%, Türkiyədə 72%, Braziliyada 65%, İranda 55%, Afrikanın və Asiyanın inkişafdan qalan ölkələrində 5-30% intervalında dəyişilir.
İqtisadi təhlillə məşğul olan ekspertlərin bildiyi bu faktları xatırlatmaqda məqsədim başqadı. Özəl sektorun kreditləşmə səviyyəsinə görə, Azərbaycan da inkişafda qalan ölkələrin sırasında yer alıb. Beyəlxalq Bankın vasitəçiliyi və hökumətin zəmanəti ilə SOCAR-a verilən kreditləri nəzərə almasaq, Azərbaycanda bank sektorunun kreditlərinin ÜDM-də payı 30%-dən azdır.
Belə bir mənzərə fonunda bütün iqtisadi subyektlərin kreditə bərabər əlçatanlıq imkanlarının təmin edilməsinə, kredit bazarında rəqabətli və ədalətli mühitin formalaşdırmasına birbaşa məsuliyyət daşıyan Mərkəzi Bankın özünün bank sektoruna verdiyi kreditləşmə mexanizmi nə dərəcədə şəffaf və ədalətlidir?
Rəqəmlərə baxıb, özünüz nəticə çıxarın. 2015-ci ilin yekunlarına görə 18.9 milyard manat aktivlərə malik olub. Həmin aktivlərin təxminən 6.3 milyard manatı (33.3%-i) kredit kimi banklara verilib. Şəffaflıq problemi də məhz bu resurslar ətrafında yaranır. Banklara verilən 6.3 milyard manat kreditin 4.493 milyard manatı və ya 71%-i 3 banka verilib.
Mərkəzi Bankın kreditlərinin ifrat əmərküzləşmə səviyyəsinə fikir veririsinizmi – 40-dək bankın olduğu ölkədə 3 bank Mərkəzi Bankın kredit resurslarının 71%-nə sahib olur? Hansı meyar və prinsiplə bu konsentrasiya yaranır? Söhbət hansı banklardan gedir?
Mərkəzi Bank haqqında Qanunun 33.2-ci maddəsinə görə, bankların yenidən maliyyələşdirmə əsasında kreditləşdirməsinin forma, qayda və şərtlərini Mərkəzi Bank müəyyən edir. Təəssüf ki, bu qaydalar qapalıdır və Mərkəzi Bank qaydaları açıqlamır. Halbuki ölkə Konstitusiyasının 19-cu maddəsinin 2-ci hissəsinə görə, Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir. Yəni ictimai təsisat kimi bu qurumun dövlət sirri təşkil etməyən məlumatları, həmçinin normativ sənədləri cəmiyyət üçün açıq olmalıdır.
Eyni yanaşmanı hökumət zəmanəti ilə iqtisadiyyatın subyektlərinə kreditlərin verilməsində də görə bilərik. 2015-ci ildə Mərkəzi Bankın bütün kreditərinin 62%-i və ya 3.9 milyard manatı hökumət zəmanəti ilə verilib. Mərkəzi Bank haqqında Qanunun 49-1-ci maddəsinə görə, Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, real sektorun inkişafı üçün məqsədli (dövlət zəmanəti əsasında) kreditlər verə bilər. Amma hesabata baxdıqda həmin kreditlərin hansı məqsədlər üçün, hansı meyarlar və hansı subyektlərə verildiyi barədə heç bir məlumat verilmir. Qanuna görə, bu qaydaları da hazırlamaq Mərkəzi Bankın müstəsnas səlahiyyətidir. Amma həmin qaydalar da ictimaiyyət üçün açıq deyil…
Milli Məclis heç bir səlahiyyəti olmayan bələdiyyələrdən hesabat almaqla bağlı Konstitusiyaya bənd əlavə eləməyi alqışladı, amma üzvlərini özü təyin elədiyi Mərkəzi Bankdan ildə bir dəfə hesabat almağa ehtiyac duymur.
Kimsə düşünər ki, məhdud səlahiyyəti olan Parlamentə bu hesabatın nə faydası var?
Ən azından bir faydası olacaq – əlində nəhəng maliyyə resursları olan Mərkəzi Bankın həmin resurslardan necə istifadə etdiyi barədə cəmiyyətin məlumatı olacaq. Məsələn, dövlət büdcəsi Parlamentdə müzakirə edildiyi üçün vətəndaş cəmiyyəti büdcə sənədlərini əldə edib medianı, lap elə sıravi insanları da büdcə ilə əlaqəli yetərincə məlumatlanıra bilir.
Mərkəzi Bankın xeyli sayda tənzimləmə səlahiyyətlərini Maliyyə Nəzarəti Palatasına alıb verməklə iş bitmir. Bu qurumun əlində qalan səlahiyyətlərini daha şəffaf, cəmiyyətə açıq və hesabatlı idarə etməsi məsələsi mütləq həllini tapmalıdır. Əks halda iqtisadiyyatı düşdüyü böhran vəziyyətdən çıxarmaq üçün mühərrik funksiyasını yerinə yetirməli olan bu orqanının proseslərə ciddi təsiri olmayacaq.
Nəzərə alaq ki, Mərkəzi Bank təkcə pul-kredit siyasətinin həyata keçirilməsinə və prosesin tənizmlənməsinə məsul olan aparıcı rəsmi qurumlardan biri deyil. Mərkəzi Bank həmçinin maliyyə sistemində Neft Fondundan sonra nəhəng resurslarını idarə edən qurumdur. Bu qurumun şəffaflıq səviyyəsini heç olmazsa Neft Fondunun tətbiq etdiyi standartlar səviyyəsində tutmaq lazımdır.
Bank sektorunda kredit resurslarının qıtlığında, bu resursların inkişaf etmiş ölkələrlə müqayisədə ən azı 6-7 dəfə baha olmasında da Mərkəzi Bankın kreditləşmə siyasətində ciddi problemlərin olmasının rolunu qətiyyən kənara qoymaq olmaz…
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi