Vətəndaşın krediti ödəyə bilməməsi...- İqtisadçı etiraz edir

img

06-05-2016 [15:40]


"Maliyyə Bazarlarına Nəzarət Palatası depozitləri qaytara bilməyən "Bank Standard” KB-na müvəqqəti inzibatçı təyin edərək 6 ay ərzində bu banka 15 milyon manatlıq dəstək verəcək”.

Strateq.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

O, bu dəstəyin vacib olduğunu deməklə yanaşı,  eyni dəstəyi dollar ilə kredit götürüb devalvasiyalardan sonra ödəniş edə bilməyənlərə də etməyin lazım olduğunu bildirib:

"Bankın depoziti qayatara bilməməsi ilə vətəndaşın krediti ödəyə bilməməsi arasında elə ciddi fərq yoxdur. Təbii ki, vətəndaşların zəhmətlə qazandıqları depozitləri bütün hallarda onların özünə tam şəkildə qaytarılmalıdır. Onsuzda banklar həmin depozitlərdən istifadə etməklə xeyili gəlir əldə ediblər.

Digər tərəfdən, depozitlərin qaytarılmasındakı çətinlik heç də yalnız problemli kreditlərin həcminin artması ilə əlaqədar deyil. Onsuz da əksər bank rəhbərləri uzun illər MDB məkanında ən yüksək faizli kreditlər paylamaqla böyük gəlirlər əldə ediblər.

Yumşaq desək, bu banklar vətəndaşların qazandıqları pulların bir qismini uzun müddət yüksək faiz hesabına əllərindən alıblar. Belə olan halda, ödəniş edə bilməyən banklar maliyyə dəstəyi ala bilirlərsə, vətəndaşlar niyə kompensasiya almasın ki?”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA