06-05-2016 [11:58]
Fikrət Yusifov,
Sabiq maliyyə naziri, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri
******
Bu qədər "dişsiz” bir qərar vermək üçün bir ay düşünməyə gərək yox idi.
Xarici valyutada olan kreditlərlə bağlı hər kəsin gözlədiyi qərarlar açıqlandı. Ancaq çox təssüf ki, bu qərarlarda yüz minlərlə insanların böyük ümidlə gözlədiyi əsas məsələ öz həllini tapmadı. Mərkəzi Bankın illərlə apardığı səhv pul-kredit siyasəti üzündən bankların zaman-zaman vətəndaşlara xarici valyutada zorla verdikləri kreditlərin ödənilməsi ilə bağlı yaranmış vəziyyətdə heç bir dəyişiklik baş vermədi. Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələnin həllini yalnız xarici valyutada verilmiş kreditlərin sağlam kreditləşmə şərtləri ilə restrukturizasiya edilməsində görə bildi. Bu qədər "dişsiz” bir qərar vermək üçün bir ay düşünməyə gərək yox idi. Əslində bu addımları Palatanın məlum qərarı olmadan da banklar özləri atırdı. Əksinə, Palata xarici valyutada olan kreditlərlə bağlı bütün əməliyyatlara qadağa qoymaqla, banklar tərəfindən həmin kreditlərin bu və ya başqa şəkildə restrukturizasiya edilməsi prossesini bir ay ləngitdi. Başa düşmək olmur ki, insanların həllini hədsiz ümidlə gözlədiyi belə mühüm məsələyə Palata və onun rəhbərliyi nə üçün bu qədər etinasız bir münasibət sərgilədi.
Maliyyə Bazarlarına Nəzarət Palatasının xarici valyutada gəliri olmayanlara xarici valyutada kreditlərin verilməsinə qadağa qoyması doğru bir qərardır. Əslində bu təklif bir neçə aydır ki, mətbuat səhifələrində əksər iqtisadi yazarlar tərəfindən, o cümlədən bizim tərəfimizdən səsləndirilirdi. Sadə bir məntiq də xarici valyutada kreditlərin verilməsində bu prinsipin gözlənilməsinin əsas məsələ olduğunu deyirdi. Yəni bu qərarın qəbulu ilə Palata yeni heç nə təklif etmədi. Onun xarici valyutada əmanətləri olan vətəndaşlara xarici valyutada kreditlərin verilməsinin mümkün sayılması isə bir qədər müəmmalı qərardır. Bu gün banklarda olan bütün əmanətlərin 80,4%-i xarici valyutada olan əmanətlərdir. Bu qədər əmanətin xarici valyutada olması o demək deyil ki, onların sahiblərinin xarici valyutada gəlirləri var. Xarici valyutada əmanətlərin bu həddə qədər artması, keçən il manatın iki kəskin devalvasiyası ərəfəsində və ondan sonrakı dövrlərdə baş vermişdi. Yəni vətəndaşlar sadəcə olaraq, manatda olan əmanətlərini, xarici valyutada olan əmanətlərə çevirmişdilər. Bəs belə olan halda onların xarici valyutada kredit almalarına razılıq verilməsi nə deməkdir? Cavab çox sadədir. Əgər xarici valyutada əmanəti olub, xarici valyutada kredit götürən bir müştərinin gəlirləri manatladırsa və o manatla olan qazancı ilə xarici valyutada olan krediti gələcəkdə müəyyən səbəbdən - elə bugünkü kimi, qarşılaya bilməsə, deməli bank onun kredit borcunu xarici valyutada olan əmanətindən siləcəkdir. Belə bir bəsit qərarın verilməsi üçün də bir ay sərasər düşünməyə ehtiyac yox idi. Banklar bu qərar olmadan da xarici valyutada əmanəti olub, xarici valyutada kredit götürən müştərilərə belə yanaşırdılar.
Xarici valyutada olan kreditlərin ödənişi sahəsində yaranmış problemləri həll etməyin çox sadə yolları var idi və bununla bağlı iqtisadçı ekspertlər tərəfindən son bir neçə ay ərzində kifayət qədər təkliflər verilmişdi. Onların içərisindən ən optimal sayıla biləcək təklifləri seçib istifadə etmək mümkün idi. Belə olduğu təqdirdə, yaranmış problem həm vətəndaşlar, həm də banklar üçün öz həllini tapmış olardı.
Yeni yaranmış Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi başa düşməlidir ki, bu gün cəmiyyətdə vətəndaş – Prezident birliyinin bu qədər yüksək səviyyədə olduğu bir dönəmdə, yüz minlərlə insanın taleyinin bağlı olduğu məsələnin tək iqtisadi deyil, həm də siyasi əhəmiyyəti kifayət qədər böyükdür. Bu səbəbdən, məsələnin həllinə hər iki prizmadan yanaşmaq lazım idi.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib