ilham Əliyev: ?Bu il də maaz və pensiyalar artırılacaq?

img

02-04-2010 [12:41]


?Bu gün Azərbaycan, sözün əsl mənasında, uğurlu inkişaf dövrünü yaşayır?. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şirvan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib. Onun sözlərinə görə, ölkəmizin gələcək inkişafı üçün bütün imkanlar var: ?Biz bütün vəzifələri uğurla icra edirik. Həm iqtisadi, həm siyasi sahədə, bütün başqa sahələrdə, sosial məsələlərin həlli işində Azərbaycan öz daxili imkanlarına arxalanaraq müstəqil siyasət aparmaqla ölkəmizi gücləndirir. Görülən bütün bu işlər Azərbaycan xalqının zəhmətidir, Azərbaycan xalqının istedadının nəticəsidir. Biz elə etməliyik ki, gələcəkdə də, bütün dövrlərdə ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkə qarşısında duran bütün problemləri həll edək. Problemlərin böyük hissəsi həll olunub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci hissəsi uğurla başa çatıb. İndi ikinci proqram icra olunur. Bu proqramın icrasında da yaxşı nailiyyətlər vardır. Amma biz elə etməliyik ki, ikinci proqramın başa çatması ilə əlaqədar bütün işlər vaxtında görülsün və proqramda nəzərdə tutulmuş bütün vəzifələr icra edilsin. Əgər belə olarsa, onda 2013-cü ilə qədər ölkə qarşısında duran əsas iqtisadi, infrastruktur və sosial məsələlər öz həllini tapacaqdır. Hər halda bunu etmək üçün güclü siyasi iradə, artıq güclü iqtisadi imkanlar, peşəkar kadrlar var. Yerlərdə artıq mövcud olan infrastruktur və texniki imkanlar əminəm ki, bu məqsədə çatmaq üçün bizə şərait yaradacaq?. Bununla belə, dövlət başçısı hesab edir ki, əldə edilmiş uğurlarla kifayətlənmək olmaz. Çünki hələ həll ediləsi problemlər çoxdur: ?Əhalini narahat edən problemlər çoxdur. Əsas sosial və iqtisadi problemlərin böyük hissəsi həll olunub. Azərbaycanda işsizlik böyük dərəcədə aradan qaldırılıb. Yoxsulluq demək olar ki, artıq inkişaf etmiş ölkələrin səviyyəsinə - 49 faizdən 11 faizə enib. Yəni bütün bunların təməlində aparılan islahatlardır, düşünülmüş siyasətdir, iqtisadi tədbirlərdir?. İlham Əliyev qeyd edib ki, Azərbaycan ancaq öz resurslarına arxalanan, istinad edən ölkələrdəndir: ?Biz bütün bu nailiyyətləri daxili imkanlar hesabına əldə edə bilmişik. Bu gün Azərbaycan dünya miqyasında iqtisadi inkişaf baxımından birinci ölkədir. Mən bu barədə öz fikirlərimi bir neçə dəfə bildirmişəm. Bir də demək istəyirəm ki, 2009-cu il bütün dünya üçün, dünya ölkələri üçün sınaq ili olub. İqtisadi və maliyyə böhranı bütün ölkələrə təsir göstərmişdir. Ancaq hansı ölkələr bu sınaqdan necə çıxıb, əsas məsələ, mahiyyət bundadır. Azərbaycan o ölkədir ki, 2009-cu ildə dünya miqyasında ən sürətlə inkişaf edib, iqtisadi nailiyyətlərə nail ola bilibdir. İqtisadiyyatımız təxminən 10 faiz artıb. Təkcə bu göstərici sadəcə bir göstərici deyil. Bu göstərici insanların həyat səviyyəsində, abadlaşan şəhərlərdə, çəkilən yollarda, tikilən müəssisələrdə özünü göstərir. Bu gün Azərbaycanda işləmək üçün xaricdən işçi qüvvəsi gəlir və bu məqsədlə biz bu yaxınlarda miqrasiya xidmətini yaratmışıq ki, bu prosesləri tənzimləyək. Artıq vaxtilə ölkəmizdən başqa şəhərlərə, ölkələrə getmiş vətəndaşlar da qayıtmağa başlayırlar. Çünki əlbəttə, onlar istəyirlər ki, Vətəndə yaşasınlar. Amma Vətəndə yaşamaq üçün gərək şərait olsun. Şəraiti də biz yaradırıq. Azərbaycanda sabitlik, ictimai-siyasi asayiş ən yüksək səviyyədədir?. Dövlət başçısının sözlərinə görə, işsizliyin aradan qaldırılması sahəsində görülən işlər yeni müəssisələrin, fabriklərin yaranmasına gətirib çıxarıb. Özəl sektor inkişaf edir. Sahibkarlığa dəstək məqsədi ilə kreditlər ayrılır, kənd təsərrüfatının inkişafı üçün böyük subsidiyalar qoyulur: ?İnfrastruktur layihələri, bütün ölkəmizdə yol tikintisi, müasir müəssisələr, indi qazlaşdırma prosesi sürətlə gedir. Elə etməliyik ki, ölkəmizin bütün məntəqələrinə kifayət qədər elektrik enerjisi verilsin, qaz problemləri öz həllini tapsın. Növbəti mərhələdə içməli su, kanalizasiya problemləri bizim üçün prioritet təşkil edir. Ümid edirəm ki, 2013-cü ilə qədər bütün şəhər və rayonlarımızın su-kanalizasiya problemləri öz həllini tapacaq?. Prezident xatırladıb ki, beynəlxalq maliyyə qurumları və beynəlxalq təşkilatlar, yəni mötəbər, tanınmış təşkilatlar da Azərbaycanın uğurlarını qeyd edirlər: ?Biz rəqabətqabiliyyətliliyinə görə MDB məkanında birinci ölkəyik. Bu yaxınlarda Dünya İqtisadi Forumunun qlobal rəqabət hesabatında bildirildi ki, Azərbaycan informasiya-kommunikasiya sahəsində MDB məkanında birinci yerə çıxıb. Yəni bu sahə də bizdə demək olar ki, cəmi beş il bundan əvvəl yaranıb. Ondan əvvəl Azərbaycanda çox adam bilmirdi ki, informasiya-kommunikasiya texnologiyaları nədir. Beş il ərzində biz MDB məkanında birinci olduq. Biz bu işləri ona görə görmürük ki, haradasa birinci olaq, yaxud da, kimsə bizə yüksək qiymət versin. Halbuki, bu da vacibdir. Biz bu işləri ona görə görürük ki, ölkəmizin inkişafını belə görürük. İnkişaf elə olmalıdır ki, ölkə müasirləşsin, dünyanın ən qabaqcıl texnologiyaları Azərbaycana gətirilsin. Bizə lazım olan, bizim şəraitimizə uyğun olan ən qabaqcıl, ən mütərəqqi texnologiyalar Azərbaycana gətirilməlidir?. İlham Əliyev deyib ki, Azərbaycan daha da sürətlə inkişaf edəcək, müasirləşəcək və beləliklə, ölkəmizin uzunmüddətli inkişaf strategiyası təmin olunacaq: ?Bu strategiya elə qurulmalıdır ki, təbii resurslardan asılılıq minimum səviyyəyə endirilsin. Biz ölkə iqtisadiyyatını elə qurmalıyıq və elə qururuq ki, təkcə bir sahədən asılı olmayaq. Ona görə şaxələndirmə prosesi, - buna dünyada diversifikasiya deyirlər, - Azərbaycanda geniş vüsət alıb. Baxmayaraq ki, 2009-cu ildə dünyada neftin qiyməti kəskin şəkildə aşağı düşüb, Azərbaycan iqtisadiyyatı yenə də artır. Sadə Azərbaycan vətəndaşları o böhranın acı nəticələrini demək olar ki, hiss etməyib. Çünki inflyasiya sabit olaraq qaldı, biz qiymətlərin artımına imkan vermədik. Sadəcə qiymətlər 1,5 faiz artdı, maaşlar, pensiyalar vaxtında verildi və bu proses bu gün də davam edir. Bu il də maaşların, pensiyaların artımı nəzərdə tutulur. Bu da olacaq. Ölkə demək olar ki, özünü əsas kənd təsərrüfatı və ərzaq məhsulları ilə təmin edir. Bu yaxınlarda sahibkarlarla görüşdə bu barədə ətraflı danışdıq, təkrar etmək istəmirəm. Şaxələndirmə Azərbaycanın inkişafı üçün başlıca şərtdir və artıq demək olar ki, biz buna nail ola bilmişik. Gələcəkdə imkanlarımız genişləndikcə, əlbəttə ki, biz bütün ölkə qarşısında duran vəzifələri icra edəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA