Artur Rəsizadə qərar verdi - Ziya Məmmədovun daha bir səlahiyyəti alındı

img

05-05-2016 [10:36]


Nəqliyyat naziri Ziya Məmmədov daha bir quruma nəzarəti itirib. Belə ki, Nəqliyyat Nazirliyinin tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.

Baş nazir Artur Rasizadənin bununla bağlı imzaladığı qərarla "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti bundan sonra Nəqliyyat Nazirliyinin tabeliyində olmayacaq.

A.Rasizadənin imzaladığı digər qərarla "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC "Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilib.(Modern)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA