Dollarla kreditləri ilə bağlı qərar verildi - Qadağa aradan qaldırıldı

img

05-05-2016 [10:34]


Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kredit təşkilatlarına xarici valyuta ilə kreditlərin verilməsinə qoyduğu qadağanı aradan qaldırıb.

Bu barədə banklardan məlumat verilib. Məlumata əsasən, banklar xarici valyutada kreditləri bəzi şərtlərlə verə bilər.

Yaxın vaxtda Palata yeni şərtləri ictimaiyyətə detallı açıqlayacaq. 

Xatırladaq ki, aprelin 5-də MBNP Direktorlar Şurasının aprelin 4-də keçirilən iclasında Azərbaycanda xarici valyuta ilə kreditlərin verilməsinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Bildirilib ki, xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində tənzimləyici çərçivələrin müəyyən edilməsinə dair qərar qəbul edilib. Həmçinin qeyd olunub ki, Palata bu müddətin uzadılması hüququnu öz üzərində saxlayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA